“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bildirir ki, Azərbaycanın real ÜDM artımı 2025-ci ildə əvvəl proqnozlaşdırılan 3,5% ilə müqayisədə 1,8% təşkil edəcək. “Fitch”in qiymətləndirmələrinə görə, 2026–2027-ci illərdə iqtisadi artım tempinin illik 2,4% səviyyəsində olacağı gözlənilir. Agentliyin hesabatında qeyd olunur ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycanın real ÜDM-i illik ifadədə 1,6% artıb, neft sektorunda hasilat həcmləri 1,8% azalıb, qeyri-neft sektorunda isə 3,2% iqtisadi artım müşahidə olunub.
#Fitch Ratings beynəlxalq reytinq agentliyi
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır . Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə inflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək. “Fitch”in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr ayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–may aylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonu daxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiya üzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,75%-ə endirib.