Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    AİB-in Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib

    7 Oktyabr 2024 10:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    AİB-in Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Asiya İnkişaf Bankı (AİB) Sunniya Durrani-Camalı Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib. O, bu gün Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

    AİB-dən AzerVoice-ə verilən məlumata görə, xanım Durrani-Camal AİB-in Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək və bankın hökumət və digər maraqlı tərəflərlə əlaqələrini idarə edəcək. O, həmçinin, bankın yeni ölkə tərəfdaşlığı strategiyasının (CPS) hazırlanmasına və həyata keçirilməsinə nəzarət edəcək. Yeni tərəfdaşlıq strategiyası AİB-in Azərbaycandakı mövcud fəaliyyətinə əsaslanacaq. Sənədin əsas diqqət mərkəzində olan strateji sahələr hökumətin inkişaf strategiyası və AİB-in 2030-cu il Strategiyası ilə uyğunluq təşkil edəcək.

    “Zəngin mədəniyyətə və əhəmiyyətli iqtisadi potensiala malik olan Azərbaycanda AİB-in səylərinə rəhbərlik etmək mənim üçün şərəfdir”, - deyə xanım Durrani-Camal bildirib. “Prioritet vəzifələrim AİB-in hökumətlə davamlı əməkdaşlığını genişləndirmək, iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bura bərpa olunan enerji layihələrinin genişləndirilməsi, iqlim dəyişikliyinin həllinə yönəlmiş məsələlər, habelə bu Qafqaz ölkəsində özəl sektorun idarə etdiyi yaşıl iqtisadiyyata keçidə töhfə vermək daxildir”.

    “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” - Azərbaycanın 10 illik inkişaf strategiyası ölkənin dayanıqlı və rəqabətədavamlı iqtisadiyyatının inkişafı, inklüziv cəmiyyətin dəstəklənməsi, insan kapitalının təkmilləşdirilməsi, yaşıl inkişafa keçid və infrastrukturun yaxşılaşdırılması üzrə ambisiyalarını əks etdirir.

    Asiya və Sakit Okean regionunun iqlim bankı kimi AİB, həmçinin gələn ay Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla Azərbaycanın COP29-a sədrliyini dəstəkləyir.

    Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, AİB-in Kamboca üzrə ölkə direktoru, bankın Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçı kimi müxtəlif vəzifələrdə çalışıb.

    Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən iqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Candice McDeigan-ı əvəz edir.

    Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən AİB dövlət və özəl sektora, o cümlədən nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrinə 5 milyard dollardan çox vəsait ayırıb.

    AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

    AİB-in Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
    #Asiya İnkişaf Bankı (AİB)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan ilə AİB arasında 12 milyard dollarlıq saziş imzalanıb

    4 May 2026 12:50

    Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə edilib

    20 Fevral 2026 14:11

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    2 Fevral 2026 16:19

    Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

    20 Dekabr 2025 14:23

    AİB 2025-ci ilin sonuna kimi Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır

    30 Sentyabr 2025 10:48

    Özbəkistanda keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib

    18 Sentyabr 2025 16:44

    AİB COP29-dan sonra tədbirlər planının gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək

    11 İyul 2025 15:47

    Qadınların əmək bazarında müvafiq yerə sahib olması diqqət mərkəzindədir - AİB nümayəndəsi

    2 İyul 2025 10:58

    Asiya İnkişaf Bankının yeni prezidenti seçilib

    28 Noyabr 2024 17:13

    Mərkəzi Asiya-Azərbaycan “yaşıl” enerji dəhlizi çox perspektivli təşəbbüsdür - AİB

    4 Oktyabr 2024 09:25

    AİB-in illik toplantısı gələn il İtaliyada keçiriləcək

    7 May 2024 06:00

    AİB ölkələrə iqlimlə bağlı tədbirlər görməyə kömək etməyə davam etməlidir

    6 May 2024 06:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.