#Asiya İnkişaf Bankı (AİB)

Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının illik toplantısında çıxışı zamanı Özbəkistan ilə Asiya İnkişaf Bankı arasında 12 milyard dollarlıq yeni əməkdaşlıq proqramının imzalandığını açıqlayıb. Onun sözlərinə görə, bu saziş qlobal iqtisadi qeyri-sabitlik fonunda davamlı inkişafın təmin olunmasına yönəlib. Prezident qeyd edib ki, müasir çağırışlar yeni texnologiyaların tətbiqini və iqtisadi alətlərin təkmilləşdirilməsini zəruri edir.

İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İqtisadiyyat nazirinin müavini Azər Bayramov Asiya İnkişaf Bankının Dövlət sektorunun idarə edilməsi və idarəçilik sektoru ofisinin regional direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, "CESI S.p.A" şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.

Özbəkistanda “Yoxsulluqdan rifaha doğru” mövzusunda Yoxsulluğun Azaldılması üzrə III Beynəlxalq Forum keçirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin çıxışı ilə öz işinə başlayan Forum Panel sessiyalarda müzakirələrlə davam edib. Forumda BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, həmçinin müxtəlif ölkələrdən nümayəndələr və ekspertlər iştirak ediblər. “Qlobal Əməkdaşlıq və Tərəfdaşlıq: Beynəlxalq təşkilatların və regional əməkdaşlığın yoxsulluğun azaldılmasının sürətləndirilməsində rolu” mövzusunda təşkil olunan panel sessiyada Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edib.