Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyənin yer altında 6 min 500 ton qızılı olduğu təxmin edilir

    20 İyun 2024 16:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin yer altında 6 min 500 ton qızılı olduğu təxmin edilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, VOA

    Türkiyə Mədənçilər Dərnəyinin (TMD) sədri Mehmet Yılmaz, Türkiyədə aparılan modelləşdirmə araşdırmasına əsasən ölkə üzrə qızıl mədəni potensialının 6 min 500 ton olduğunu ifadə edib.

    VOA xəbər verir ki, Yılmaz bu barədə Türkiyənin paytaxtı Ankarada bir qrup jurnalistlə keçirdiyi görüş zamanı danışıb.

    "Ölkə üzrə qızıl ehtiyatlarının 1500 tonunun harada olduğunu bilirik və hətta hasil etməyə başlamışıq. Yerin altında gözləyən 5 min ton var və bunun dəyəri təxminən 300 milyard dollardır" - deyə o bildirib.

    Keçən il qızıl idxalına 31 milyard dollar ayrıldığını bildirən Yılmaz, ixracın 12 milyard dollar olduğunu, bu sahədə ticarət kəsirinin isə 19 milyard dollara bərabər olduğunu qeyd edib.

    Yılmaz, Türkiyənin qızıl istehsalının iqtisadiyyatı inflyasiya təsirindən xilas etməyə dəstək göstərəcəyini ifadə edərək, "Qanuna görə, biz istehsal etdiyimiz qızılı əgər Mərkəzi Bank tələb edərsə ona satmaq məcburiyyətindəyik. Mərkəzi Bank onu bizdən aldıqda qarşılığında türk lirəsi ödəyir. Türkiyədə istehsalın inflyasiyaya təsir etdiyi nöqtə budur. Əks halda onu dollarla almalı məcburiyyətində qalmış olacaq”.

    Mədən sektorunda yeni tənzimləyici qərarlar gözlədiyini ifadə edən Yılmaz, tələblərinin mədən icazələrinin sürətləndirilməsi və mədən istehsalını artırmaq üçün yeni qaydaların tətbiqi olduğunu ifadə edib.

    O həmçinin, son 10 ildə mədən kəşfiyyatı lisenziyalarının sayının 40 mindən 5 minə düşdüyünü də əlavə edib.

    Bundan başqa, Türkiyənin dünya bor ehtiyatlarının təxminən 70%-nə sahib olduğuna diqqət çəkən Yılmaz, "Əgər boru xammal və ya ara məhsul kimi satmaq əvəzinə son emal edib məhsul halında istehsal edə bilsək, çox böyük əlavə dəyər yarada bilərik. Bir ton xam bor 300-500 dollar dəyərindədir. Amma bunu aralıq məhsula çevirsəniz bir ton ara məhsula çevrilən borun qiyməti 4 min dollara çatır. Şüşə texnologiyası və zireh texnologiyasını bu ölkədə inkişaf etdirsəniz, bir tonun dəyəri 300-500 dollar olan xam bor 500 min dollara qədər yüksələr”- deyə fikirlərini ifadə edib.

    Türkiyənin yer altında 6 min 500 ton qızılı olduğu təxmin edilir
    #Türkiyə #qızıl istehsalı #mədən sektoru #bor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.