Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Dünya Bankından Azərbaycana bərpaolunan enerji dəstəyi

    28 Mart 2025 09:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünya Bankından Azərbaycana bərpaolunan enerji dəstəyi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Dünya Bankı bu gün Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq etmişdir.

    Bu barədə AzerVoice Dünya Bankına istinadən məlumat verir.

    Bu layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək, ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək, və daha dayanıqlı və etibarlı elektrik şəbəkəsi vasitəsilə elektrik enerjisinə artan tələbatı ödəməyə kömək edəcək. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 173,5 milyon ABŞ dolları məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək, və bununla da, özəl sektorun Azərbaycanın böyük bərpaolunan enerji potensialına, xüsusən də quruda külək enerjisinə, sərmayə qoyması üçün əlverişli şərait yaradacaq. Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi zamana təsadüf edən bu layihə ilkin mərhələdə 384 milyon ABŞ dolları məbləğində özəl investisiyaların reallaşmasına kömək edəcək və bərpaolunan enerjiyə əlavə investisiyalar üçün yol açacaq.

    "Bu layihə Azərbaycanda insanların və müəssisələrin arxalana biləcəyi etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisinin çatdırılmasına imkan verəcək", - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister bildirmişdir. "Elektrik şəbəkəsinin gücləndirilməsinə dəstək verməklə, biz Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edir, davamlı inkişaf və imkanlar üçün zəmin yaradırıq".

    AZURE layihəsi vacib ötürücü xətlərin və yarımstansiyaların genişləndirilməsi və gücləndirilməsinə yönəlmişdir:

    • 240 meqavatlıq Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının ötürücü şəbəkəyə qoşulması;

    • Özəl sektor tərəfindən hasil olunacaq 1 giqavatadək bərpaolunan elektrik enerjisinin təhlükəsiz və etibarlı şəkildə ötürülməsi üçün 330/500 kV yüksək gərginlikli şəbəkənin gücləndirilməsi və genişləndirilməsi;

    • Özəl investisiyalar vasitəsilə 1,8 giqavat bərpaolunan elektrik enerjisinin sistemə daha yaxşı inteqrasiyası üçün şəbəkənin sabitliyinin gücləndirilməsi.

    Stephanie Gil, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji praktikasının meneceri, əlavə etmişdir: "Layihənin Dünya Bankı Qrupunun keçən il başladığı Avropa və Mərkəzi Asiyada Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi (ECARES) çoxillik proqramına daxil edilməsi ilə AZURE hökumətləri, maliyyə institutlarını və özəl sektorun maraqlı tərəflərini bir araya gətirən və ən yaxşı təcrübələrin, tənzimləmə həllərinin və investisiya strategiyalarının mübadiləsini asanlaşdıran daha böyük platformadan faydalanır. Bu yanaşma vasitəsilə ən yaxşı qlobal və regional ekspertiza inkişafı sürətləndirməyə və özəl sektorun aparıcı rol oynadığı enerji həllərini geniş miqyasda və təkrarlana bilən şəkildə dəstəkləməyə kömək edə bilər".

    Layihə çərçivəsində investisiyalar yüksək bərpaolunan enerji potensialına malik ərazilərin tələbat mərkəzləri ilə əlaqələndirilməsinə yönələcək. Ötürmə qabiliyyətini artırmaq və etibarlılığı yüksəltməklə, layihə ev təsərrüfatlarının və müəssisələrin gələcək enerji ehtiyaclarını ödəyə biləcək daha möhkəm və çevik enerji sistemi yaradacaq. Bu, öz növbəsində, özəl investisiyaları cəlb etməyə, iqtisadi artımı dəstəkləməyə və iş yerləri yaratmağa kömək edəcək. Layihə regionda bərpaolunan enerjinin inkişafını və ticarətini artırmaq məqsədilə Azərbaycanın "yaşıl enerji dəhlizi" yaratmaq baxışlarını dəstəkləmək üçün ilk addımdır.

    #ABŞ #Dünya Bankı #Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsi (AZURE)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    18 İyul 2026 10:16

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    17 İyul 2026 22:45

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    17 İyul 2026 22:42

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    17 İyul 2026 22:20

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    17 İyul 2026 21:53

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    17 İyul 2026 21:26

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    17 İyul 2026 21:09

    İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

    17 İyul 2026 21:05

    CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

    17 İyul 2026 20:44

    Hörmüz boğazı və Qırmızı dənizlə bağlı risklər neft qiymətlərini yüksəldib

    17 İyul 2026 19:34

    Tehranın cümə imamı hansı qisas çağırışını edib?

    17 İyul 2026 19:25

    ABŞ Çabahar limanındakı dəniz nəqliyyatına nəzarət qülləsini məhv edib - İran

    17 İyul 2026 19:21
    XƏBƏR LENTİ

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.