Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb

    12 Noyabr 2024 14:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov, "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və "Xi’an Free Trade Port Consruction and Operation Co Ltd"-nin Baş direktoru Yuan Xiaojun liman ərazisində yeni İntermodal Yük Terminalının inşası üçün müəssənin yaradılmasına dair Saziş imzalayıblar.

    AzerVoice xəbər verir ki, imzalanma mərasimində, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və Qazaxıstanın "Samruk-Kazyna" fondunun idarə heyətinin sədri Nurlan Jakupov da iştirak edib.

    Mərasim, Azərbaycanda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilib.

    Bu sazişin məqsədi, Ələt qəsəbəsində yerləşən Bakı Limanında yükaşırma həcminin artırılması və inkişafı məqsədilə ilk dəfə yeni İntermodal Yük Terminalının tikintisi həyata keçirilməsidir. Layihə çərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 40 hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulur.

    Bakı Limanının geniş infrastruktur imkanları, Qazaxıstan Dəmir Yollarının bütövlükdə Orta Dəhliz üzrə xidmətlərin göstərilməsindəki mühüm əhəmiyyəti, "Xi'an Free Trade Port" şirkətinin Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının təşkili və göndərilməsindəki sürəti nəzərə alındıqda bu sazişin hər üç ölkə üçün böyük logistik əhəmiyyət daşıdığını görmək olur. Sazişin bir digər üstünlüyü isə Çin-Avropa marşrutu üzrə Orta Dəhlizlə göndərilən konteyner qatarlarının həcminin daimi artımı, boşaldılma vaxtının azaldılması, daşımaların dəyərinin aşağı salınması, yenidən yükləmə vaxtının minimumlaşdırılması və yük daşımalarının həcminin sabit artması olacaq.

    Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
    Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
    Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
    Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
    Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.