Bakı, AzerVoice:
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qazaxıstana kimyəvi maddə məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artıraraq 229,6 milyon dollara çatdırıb.
Bu barədə AzerVoice Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2023-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,3 faiz azaldaraq 16,1 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.