Bakı. AzerPress:
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya elektrik avadanlıqları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz artıraraq 651,1 milyon dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Noyabr ayında Türkiyə Rusiyaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 30,8 faiz azaldaraq 45,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.
Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_