Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Mədəniyyət
    Mədəniyyət

    Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb

    5 Fevral 2026 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner) “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) adlı sərgisinin açılışı olub.

    AzerVoice xəbər verir ki, Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

    Heykəltaraş Cili Şatner bildirib ki, sərgidə əsas missiya sənət vasitəsilə vəhşi təbiətin qorunması və sevgi mesajlarını yaymaqdır.

    "Məqsədimiz dünyanın müxtəlif ölkələrinə səyahətlərimiz zamanı əldə etdiyimiz təcrübələr əsasında tamaşaçıları nəsli kəsilmək təhlükəsi altında olan heyvanları qorumağa təşviq etməkdir. Biz heyvanları öyrənir, müşahidə edir, çəkir və təsvir edirik. Sərgidə nümayiş olunan bütün heykəllər real həyatda gördüyümüz heyvanlara əsaslanır", - deyə Cili Şatner vurğulayıb.

    Heykəltaraş Mark Şatner isə Bakıda və ümumilikdə Azərbaycanda təbiətin qorunmasına xüsusi əhəmiyyət verildiyini deyib:

    "Söhbətlərimiz zamanı Bakının və bütövlükdə Azərbaycanın vəhşi təbiətin mühafizəsi, eləcə də ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi dəyərli təşəbbüslər barədə ətraflı məlumat aldıq. Məhz bu amil bizi ölkəyə cəlb edən əsas səbəblərdən biridir. Çünki burada təbiətlə dərin və səmimi bir bağlılıq mövcuddur”, – deyə o qeyd edib.

    Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəzdə Cili və Mark Şatnerin 100-ə yaxın əsəri sərgilənir. Onun sözlərinə görə, heykəltaraşların əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib.

    Anar Ələkbərov vurğulayıb ki, layihənin unikallığı məhz heykəltaraşların təbiətin qorunması istiqamətində gördükləri mühüm işlərdə öz əksini tapır və onların bu sahədə böyük rolu var. O bildirib ki, “Vəhşi təbiətin super qəhrəmanları" sərgisi bir ildən artıq müddət ərzində fəaliyyət göstərəcək. Anar Ələkbərov, həmçinin layihənin Heydər Əliyev Mərkəzində keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya layihənin reallaşmasına göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

    “Vəhşi təbiətin super qəhrəmanları”nda nəsli kəsilməkdə olan canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli, lakin ayrılmaz iki qəhrəman - “Dovşan xanım” ("Rabbit woman") və “İt adam"ın ("Dog man") macəralarını əks etdirir. Bu iki qəhrəman özlərində “fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq yaşayıb, təbiətin qayğısına qala bilərik” ideyasını canlandırır. Sərgidəki rəngkarlıq əsərləri, kiçik və iri ölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə səsləyir. Bununla da incəsənət vasitəsilə dünyaya vacib çağırış edilir: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.

    Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.

    #Azərbaycan #Bakı #Heydər Əliyev Mərkəzi #Anar Ələkbərov #Gillie&Marc Schattner
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

    4 Avqust 2026 15:29

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    4 Avqust 2026 14:49

    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

    4 Avqust 2026 14:35

    Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub - Ceyhun Bayramov

    4 Avqust 2026 14:04

    Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşılayıb

    4 Avqust 2026 11:35

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

    3 Avqust 2026 17:58

    XİN mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

    3 Avqust 2026 16:38

    Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib

    3 Avqust 2026 12:56

    Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

    3 Avqust 2026 11:19

    "44" bədii filminin treyleri yayımlandı

    2 Avqust 2026 20:41

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    1 Avqust 2026 09:13
    XƏBƏR LENTİ

    Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

    Yəmən hökuməti Hodeydədə baş verən ölümcül partlayışa görə husiləri ittiham edib

    Roma Livan və İsrail arasında yeddinci danışıqlar raunduna ev sahibliyi edir

    İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

    Hörmüz boğazının açılması əsas prioritetlərdəndir - Qətər

    Yəmən Səudiyyə Ərəbistanının hava limanını vurdu

    Həbs olunan bələdiyyə sədrinin narkotik testi müsbət çıxıb

    Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

    ABŞ beş ölkədə diplomatik nümayəndəliklərini bağlayacaq

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.