Müşahidəçilərə görə, bunlar qonşu ölkədəki siyasi dəyişikliyə - Əsəd rejiminin çökməsinə və İrandan məsafəli, Ankaraya yaxın yeni rəhbərliyin hakimiyyətə gəlməsinə etiraz edən yerli qüvvələr tərəfindən məqsədli şəkildə təşkil olunan informasiya kampaniyası təsiri bağışlayır.
Ölkələr və Paytaxtlar
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Lariçani ölkədə dərinləşən siyasi qarşıdurmalar barədə ciddi xəbərdarlıq edib. Cümə günü humanitar elmlər üzrə mütəxəssislərlə görüşdə çıxış edən Lariçani bildirib ki, bəzi siyasi fiqurlar “hazırkı mərhələnin həssaslığını və təhlükəsini” hələ tam anlamayıb və daxili çəkişmələri “əsassız rahatlıqla” davam etdirirlər.
HƏMAS-ın silahsızlaşdırılması və “Hizbullah”ın qalan arsenalının dövlətin nəzarətinə verilməsi istiqamətində intensiv işlərin getdiyi, Qəzza və Livanın cənubunda İsrail müharibəsinin sonuna ümidlərin yarandığı bir vaxtda, Yəməndəki husilər yenidən İran istehsalı silahlarla təhdidlərə başlayıblar. Bu dəfə hədəf nə İsrail, nə də ABŞ, birbaşa qonşu Səudiyyə Ərəbistanıdır.
İsrailin bu təhdidi, Qətərin Trump planını uğurla həyata keçirmək üçün HƏMAS-a təzyiq göstərdiyi bir vaxta təsadüf edir - yalnız ilkin mərhələnin uğurla başa çatdırılması deyil, həm də HƏMAS-ın silahsızlanması ilə bağlı açıq öhdəlik qəbul etməsinə nail olmaq üçün ciddi təzyiq edilir. Bu, ABŞ planı üçün həlledici məqamdır.
İsraildə ABŞ-la münasibətlərin xarakteri ətrafında artan mübahisə Baş nazir Benyamin Netanyahunu ciddi çətin vəziyyətə salıb. O, ölkə daxilində İsrailin suverenliyini zəiflətməkdə və dövləti ABŞ administrasiyasının tabeliyinə çevirməkdə ittiham olunur. İsraillilər həmişə ABŞ-la yaxın münasibətləri ilə öyünürlər. Lakin son vaxtlar Amerika administrasiyasının mövqeləri İsrail ictimaiyyətində Vaşınqtonla əlaqələrin təbiətində müəyyən disbalans yarandığı təəssüratını formalaşdırıb.
Sudanın Xarici İşlər Nazirliyi Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşirdə Sürətli Dəstək Qüvvələrinin (RSF) törətdiyini iddia etdiyi “dəhşətli terror cinayətlərini” sərt şəkildə pisləyib və bu hadisələri “soyqırımı və sistemli qətliam” kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanının Hərameyn İşləri üzrə İdarə Heyəti (General Presidency for the Affairs of the Two Holy Mosques) açıqlayıb ki, 2025-ci il 23 sentyabr - 22 oktyabr tarixləri arasında Məscidül-Həram (Məkkə) və Məscidün-Nəbəvi (Mədinə) ümumilikdə 54 milyon 500 min ziyarətçini qəbul edib.
Sudanda davam edən vətəndaş müharibəsində mühüm dönüş nöqtəsi baş verib. “Sürətli Dəstək Qüvvələri”nin (SDQ) iki illik mühasirədən sonra Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşiri tam nəzarətə götürməsi, ölkədə 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmanın istiqamətini dəyişə bilər.
Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.
Cəfəri televiziya müsahibəsində deyib ki, İran İsrailə qarşı “böyük zərbə” endirib və bu müddətdə İran xalqı “məğlubiyyət hiss etməyib”. O, qarşıdurmanı “müharibə” kimi səciyyələndirməyin səbəbi kimi müəyyən müharibə meyarlarının - atışma, əməliyyatların genişlənməsi və s- mövcudluğunu göstərib, amma eyni zamanda qeyd edib ki, qarşıdurma tammiqyaslı hərbi əməliyyatlara çevrilməyib: “Quru döyüşləri baş vermədi, Körfəzdə hərəkətlər məhdud idi; buna baxmayaraq həqiqi qarşıdurma və atışma oldu”.
Qətlindən əvvəlki dövrdə, “Hizbullah”ın sabiq baş katibi Həsən Nəsrullah inanırdı ki, “dəstək müharibəsi” (yəni İsrailə qarşı cəbhə yardımı) sona qədər “toqquşma qaydaları” çərçivəsində qalacaq və İran Livanda 40 illik “İslam Müqaviməti”ni asanlıqla qurban verməyəcək. Lakin bir sıra səhv hesablamalar, partiyanın müharibə ilə bağlı həlledici qərarlar qəbul etməsinə mane oldu. 2024-cü ilin sentyabrına qədər isə bu müharibə artıq qanlı və hərtərəfli qarşıdurmaya çevrilmişdi.
Siyasi qüvvələr arasında kəskin rəqabət davam edərkən, 11 noyabrda keçiriləcək seçkilər ərəfəsində bir çox iraqlı bu prosesi laqeydlik və ya bəzən narazılıq hissi ilə qarşılayır. Xüsusilə küçələrdə, yollar boyunca və ictimai meydanlarda ifrat dərəcədə çox sayda afişa və şüarların yayılması seçki mühitinə qarşı bezginlik yaradıb.