18 noyabr tarixində vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona nəzərdə tutulan səfəri, Səudiyyə Ərəbistanının Yaxın Şərqdə sülh siyasətinin formalaşdırılmasında aparıcı rolunun anlaşılması baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Bu səfər, Fələstin məsələsi, Qəzzadakı hadisələr və ABŞ-ın “İbrahim Sazişləri”nin genişləndirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının həmin sazişlərə daxil edilməsi üçün göstərdiyi təzyiqlərin fonunda baş tutur.
Ölkələr və Paytaxtlar
Livan mediasının yazdığına görə, son günlər Hizbullah deputatları ard-arda parlament sədrinin mövqeyinə toxunulmasının yolverilməz olduğu barədə xəbərdarlıqlar edirlər. Siyasi müşahidəçilər bunu partiyanın ölkə daxilində və xaricdən artan təzyiqləri zəiflətmək, xüsusilə silahların sökülməsi və maliyyə mənbələrinin bağlanması tələblərindən yayınmaq cəhdi kimi qiymətləndirirlər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu ay Vaşinqtona səfəri siyasi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. Səfər Səudiyyə-ABŞ münasibətlərinin yeni mərhələdə formalaşması üçün imkan açır və Krallığın mürəkkəb regional məsələləri ağıllı şəkildə idarə etmək bacarığını nümayiş etdirir.
Yəmən, zəngin tarixi və mədəni irsinə baxmayaraq, uzun illərdir davam edən münaqişələr və xarici müdaxilələr səbəbindən humanitar böhranla üz-üzə qalan, lakin xalqının dözüm və qüruru ilə ayaqda qalmağa çalışan bir ölkədir.
İsrailin “Yediot Ahronot” qəzeti cümə günü axşam yazıb ki, Hizbullaha qarşı hansı səviyyədə və hansı formada eskalasiyaya gediləcəyi barədə ölkə daxilində ciddi fikir ayrılığı yaranıb. Bu məlumat cənub Livana hava zərbələrinin artdığı bir vaxtda dərc olunub.
Livan həm rəsmi, həm də ictimai səviyyədə hər gün beynəlxalq dairələrdən gələn xəbərdarlıqların təsiri altında yaşayır. ABŞ və İsrail mediası son günlərdə mümkün qarşıdurma ssenarilərini geniş müzakirə edir və Livanın Hizbullahı tərksilah edə bilməyəcəyi halda İsrailin şimal cəbhəsində hərbi əməliyyatların yenidən başlaya biləcəyini iddia edir.
İdlib vilayətinin kənd ərazilərində son zamanlar baş verən qarşıdurmalar - “Ğuraba” (Qəriblər) adlanan Fransız mənşəli silahlı dəstə ilə Suriya hökumət qüvvələri arasındakı toqquşmalar - Suriya səhnəsindəki ən mürəkkəb və mübahisəli məsələlərdən birinə yenidən gündəmə gətirdi. Harem bölgəsindəki hadisələr yalnız təcrid olunmuş təhlükəsizlik insidenti deyildi; əksinə, onlar illərlə davam edən müharibədən sonra Suriyada qalan minlərlə xarici döyüşçü ilə bağlı Dəməşqin siyasətinin imtahanı kimi görünürdü.
Qəzza müharibəsinin başa çatması və onun doğurduğu humanitar, siyasi və geosiyasi fəsadlardan sonra Yaxın Şərqin konturları görünməmiş şəkildə dəyişməyə başlayıb. Əgər İsrail hərbi üstünlüyünün ona yeni regional nizamda liderlik qazandıracağını düşünürdüsə, reallıq tamamilə əksini göstərdi. Əksinə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, Körfəz ölkələri regional balansın qurulmasında əsas gücə çevrildi. Tel-Əviv isə tədricən təşəbbüsü itirdi və hərbi gücü siyasi və etik yükə çevrilməyə başladı.
Gülümsəyən və hərbi formada olan gənc iraqlı Məhəmməd İmadın son TikTok videosu ağır texnika izləri ilə dağıdılmış bir sahədə çəkilmişdi. Arxa tərəfdə tüstü qalxırdı. Video ilə yanaşı “Mənə dua edin” sözləri və Rusiya bayrağı yerləşdirilmişdi. Bu, may ayında olub. Ondan sonra aylarla heç bir xəbər gəlmədi Məhəmməd İmaddan. Sadəcə şayiələr dolaşdı: Məhəmməd əsir alınıb, yaralanıb, xəstələnib və ya Ukraynanın pilotsuz uçuş aparatının zərbəsi ilə öldürülüb.
İranın son vaxtlar İraq səhnəsində səssiz və strateji manevr həyata keçirdiyinə dair ardıcıl işarələr görünür. Məqsəd son dövrdə onun regional qollarına endirilən ağır İsrail zərbələrindən sonra sarsılmış təsirini bərpa etməkdir.
1948-ci ildə İsrail dövlətinin yaranmasından bəri Livan-İsrail danışıqları əsasən hərbi və texniki çərçivədə aparılıb. 1949-cu il atəşkəs sazişindən tutmuş 2022-ci il dəniz sərhədlərinin müəyyənləşdirilməsinə qədər Livan siyasi baxımdan İsraillə birbaşa dialoqu rədd edən sabit mövqeyini qoruyub və yalnız beynəlxalq vasitəçilər vasitəsilə məhdud əlaqə ilə kifayətlənib.
Sədr siyasi səhnədən uzaqlaşsa da, dini nüfuzunu artırmaqda qərarlıdır. İraqın tanınmış şiə din xadimi Müqtəda əs-Sədr, parlament seçkilərindən uzaq qalmaqla siyasi təsirini itirməyi deyil, əksinə, özünü dini və mənəvi rəhbər kimi təsdiqləməyi hədəfləyir.