Biznes

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 3 milyard 660 milyon 742 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 383 milyon 280 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 4 milyard 402 milyon 383 min dollar məbləğində sement ixrac edib.

2025-ci ilin avqust ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 11,3 faiz azalaraq 3 milyard 48 milyon 810 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – avqust ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 0,8 faiz artaraq, 26 milyard 210 milyon 603 min dollar olub. “Bu ilin avqust ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq 4 milyard 239 milyon 574 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

2025 -ci ilin avqustunda Türkmənistandan Türkiyəyə 19 min 563 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 15,23 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,28 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Türkmənistandan Türkiyəyə 126 min 90 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,40 faiz çoxdur.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 497 milyon 336 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 16 milyard 388 milyon 957 min dollar məbləğində polad ixrac edib.

2025 -ci ilin avqustunda Özbəkistandan Türkiyəyə 77 min 858 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 12,58 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,12 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Özbəkistandan Türkiyəyə 444 min 681 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,46 faiz azdır.

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə növbəti mərhələ üzrə işlərə başlanılır. 91 çarpayılıq xəstəxananın tikintisinin hazırlığı (müvəqqəti bina və qurğular) ilə bağlı işlər icra ediləcək. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı müvafiq işlərə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilir. Forumda rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai faydasına dair geniş fikir mübadiləsi aparılacaq. Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak edirlər.

2025-ci ilin sentyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 11,6 faiz azalaraq 902 milyon 341 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – sentyabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə dəyişməyərək, 8 milyard 43 milyon 328 min dollar olub.

Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib. Yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.