Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir. 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunların da 1988-i cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür. Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Biznes
Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında dəyəri 200 milyon ABŞ dolları həcmində müəyyən edilən Azərbaycan -Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. Nazir qeyd edib ki, bu, Oman Sultanlığına işgüzar səfəri baş tutub.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 65 milyon 428 min 42 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz azalaraq, 7 milyon 22 min 81 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub.
Bu gün Birləşmiş Ərəb Əmirkiklərində olan münbit investisya mühiti bir çox sahibkarlarla yanaşı eləcə də Azərbaycandan olan sahibkarlar üçün də olduqca cazibəlidir. Məhz buna görə də, son dövrlərdə bu sahədə müəyyən artım müşahidə olunur.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 169 milyon 783 min 31 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azalaraq, 16 milyon 197 min 92 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 73,5 faiz artaraq, 18 milyon 484 min 4 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,7 faiz artaraq, 1 milyon 961 min 78 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub.
Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov halal ticarətin müasir biznes modeli kimi formalaşmasının vacibliyini vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Bilişim Vadisi arasında Anlaşma Memorandumu bağlanıb. Sənədə əsasən, Bilişim Vadisi Bakı İqlim Bəyanaməsinə dəstəyini ifadə edib. Memorandum “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” istiqamətləri üzrə maarifləndirmə tədbirlərinin və ortaq təşəbbüslərin həyata keçirilməsini, həmçinin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan müxtəlif dövlət və təşkilatlara halal sertifikatlaşdırma xidməti göstərir ki, bunlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutudur. Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. “İnstitut Türkiyə Respublikasının halal akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuşdur və halal uyğunluq sertifikatı təqdim etmək hüququna malikdir”, - deyə Təhməzli bildirib.
Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq, 59 milyon 77 min 65 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq, 7 milyon 817 min 3 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.
Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin təqribən 11 minə yaxın şirkəti fəaliyyət göstərir. Bu sözləri Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. “Azərbaycan ilə İƏT ölkələri arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil etmişdir” - deyə Elnur Əliyev bildirib. O, bildirib ki, bu rəqəm qarşılıqlı əlaqələri nümayiş etdirməklə yanaşı, Azərbaycanın təşkilatın üçün mühüm təşəbbüskar və tərəftar olma rolunu bir daha təsdiqləyir.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azalaraq, 32 milyon 188 min 94 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz azalaraq, 3 milyon 84 min 57 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub.