BAKI,VOA, Fərid Mikayılov
2026-cı il futbol üzrə dünya çempionatında iştirak edəcək bütün milli komandalar bəlli olub.
VOA xəbər verir ki, pley-off mərhələsinin nəticələrinə əsasən son vəsiqələri Konqo Demokratik Respublikası və İraq qazanıb. Konqo Demokratik Respublikası Yamaykanı 1:0, İraq isə Boliviyanı 2:1 hesabı ilə məğlub edib.
Məlumata görə, Türkiyə millisi 24 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Avropa zonasından Bosniya və Herseqovina, İsveç və Çexiya da turnirdə iştirak hüququ əldə edən komandalar sırasındadır.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundial 11 iyun – 19 iyul tarixlərini əhatə edəcək və tarixdə ilk dəfə 48 milli komanda iştirak edəcək.
Turnirin qrupları aşağıdakı kimidir:
- A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya
- B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
- C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
- D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
- E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador
- F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
- G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
- H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
- I qrupu: Fransa, Seneqal, Norveç, İraq
- J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
- K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
- L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama