Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Çelsi Vinisiusu heyətinə qatmaq istəyir

    6 Yanvar 2026 10:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çelsi Vinisiusu heyətinə qatmaq istəyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Braziliyalı futbolçu Vinisius hazırda İspaniyanın Real Madrid klubundakı vəziyyətdən tam razı deyil və bu mərhələdə Madrid təmsilçisi ilə müqaviləsini uzatmağa tələsmir.

    AzerVoice xəbər verir ki, İngiltərənin Çelsi futbol klubu braziliyalı hücumçunu transfer etmək üçün 135 milyon funt sterlinq (təxminən 156 milyon avro) təklif etməyə hazırdır.

    Vinisiusun Real Madridlə bağladığı müqavilə 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Mənbənin məlumatına görə, futbolçu klubdakı mövcud vəziyyətdən tam məmnun deyil və müqavilənin uzadılması məsələsində hələlik tələsmir.

    Vinisius 25 yaşındadır və 2018-ci ildən etibarən Real Madridin formasını geyinir. O, Madrid klubunun heyətində üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

    Ümumilikdə braziliyalı futbolçu Real Madridin heyətində 347 oyuna çıxıb, 111 qol vurub və 91 məhsuldar ötürmə ilə yadda qalıb.

    #İspaniya #Braziliya #Real Madrid #İngiltərə Premyer Liqası #Çelsi #İspaniya La Liqası #Vinisius Junior #UEFA Çempionlar Liqası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    Meydana çıxmayacaq, amma rəsmən heyətdədir - Ronaldinyodan sürpriz addım

    13 Avqust 2026 10:57

    “İnter Mayami” Neymarı transfer etmək istəyir

    10 Avqust 2026 11:18

    "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

    31 İyul 2026 19:58

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53
    XƏBƏR LENTİ

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.