Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Benfika, Kərəm Aktürkoğlunun Fənərbaxçaya transfer olduğunu açıqladı

    29 Avqust 2025 17:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Benfika, Kərəm Aktürkoğlunun Fənərbaxçaya transfer olduğunu açıqladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fənərbaxça, Portuqaliyanın “Benfika” klubunun formasını geyinən Türkiyə milli komandasının oyunçusu Kerem Aktürkoğlunu transfer etdi. Portuqaliya klubu transferi rəsmi internet saytında təsdiqləyib.

    AzerVoice xəbər verir ki,Benfika klubunun açıqlamasında, Kerem Aktürkoğlunun transferi üçün Fənərbaxça ilə prinsipial razılıq əldə olunduğu bildirilib.

    Açıqlamaya görə, futbolçunun idman hüquqlarının davamlı transferi üçün 22,5 milyon avro ödəniləcək və performansa bağlı bonuslarla bu məbləğ 25 milyon avroya qədər yüksələ bilər.

    Benfica eyni zamanda keçmiş klubu olan Qalatasarayın transferdə öncülük haqqına sahib olduğunu və bu barədə məlumatlandırıldığını da qeyd edib.

    Karyerası

    Kerem Aktürkoğlu peşəkar karyerasına 2016-cı ildə Bodrum FK klubunda başlayıb.

    Türkiyə Kubokunda Sarıyerə qarşı ilk dəfə meydana çıxıb və 3-cü Liqada ilk mövsümünü 28 oyunda 4 qolla tamamlayıb.

    2018-ci ildə Karacabey Belediyespor klubuna transfer olunan Kerem, burada 35 oyunda 3 qol vurub.

    2019–20 mövsümündə 24 Erzincanspor klubuna keçidi onun karyerasında dönüş nöqtəsi olub. Bu klubda 34 oyunda 20 qol vuraraq 3-cü Liqanın bombardiri olub və komandasını 2-ci Liqaya daşıyıb.

    Super Liqaya transferi

    Bu uğurlu çıxışı Qalatasarayın diqqətini çəkib və 2020-ci ilin yayında sarı-qırmızı kluba transfer olunub.

    Qalatasaraydakı ilk mövsümündə 29 oyuna çıxaraq 8 qol töhfəsi verib.

    2022–23 mövsümündə Super Liqa çempionu olub və 12 assistlə assist kralı seçilib.

    2023–24 mövsümündə 54 oyunda 15 qol və 8 assist göstərib. Çempionlar Liqasında qrup mərhələsində iki qol vurub.

    Portuqaliya macərası

    3 sentyabr 2024-cü ildə 12 milyon avro qarşılığında Portuqaliyanın Benfika klubuna transfer olub və ilk mövsümə sürətli başlanğıc edib.

    Benfica formasında ilk 7 oyunda 8 qol töhfəsi verib. UEFA Çempionlar Liqasında ardıcıl 3 oyunda qol vurub.

    İlk mövsümündə Liqa Kubokunu qazanan Aktürkoğlu, son günlərdə oynanmış Portuqaliya Superkuboku finalında da qalib tərəfdə olub.

    A Milli Komanda karyerası

    Kerem Aktürkoğlu, Türkiyə A Milli Komandasında ilk dəfə 27 may 2021-ci ildə Azərbaycanla keçirilən yoxlama oyununda forma geyinib.

    EURO 2020 heyətində yer alsa da, oyun şansı qazanmayıb.

    EURO 2024-də Gürcüstana vurduğu son dəqiqə qolu ilə diqqət çəkib.

    #Fenerbahçe #Qalatasaray #Benfika #Transfer Xəbərləri #Kərəm Aktürkoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    Beşiktaş Məhəmməd Salah üçün rekord təklif hazırlayıb – Müqavilənin detalları məlum olub

    26 İyul 2026 14:18

    Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır

    19 May 2026 14:46

    Ərdoğan Qalatasaray komandasını qəbul edib

    18 May 2026 15:56

    Mourinyo Real Madrid ilə iki illik müqavilə imzalayacaq

    18 May 2026 13:39

    Ərdoğan Qalatasaray klubunu təbrik etdi

    11 May 2026 12:00

    Corce Haci baş məşqçi təyin olundu

    21 Aprel 2026 12:02

    Qalatasarayın Çempionlar Liqasındakı rəqibi Liverpul oldu

    27 Fevral 2026 15:34

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    10 Fevral 2026 17:26
    XƏBƏR LENTİ

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    Doha, Lusayl və The Pearl - Qətərdə hansı ərazidə əmlak almaq daha sərfəlidir?

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    Qətərin qlobal internet reytinqində yeri açıqlandı

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.