Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) aylıq Üzvlər Naharını keçirib. Tədbirdə ABŞ-nin Müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq iştirak ediblər. AmCham Azərbaycan ölkədə kommersiya əlaqələrinin inkişafında və ABŞ özəl sektorunun Azərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.
#Azərbaycan–ABŞ münasibətləri
“Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan - ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq. Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik”, - məlumatda qeyd edilib.
ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir və bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Luna bu addımın ABŞ-ın regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını qeyd edib.
Azərbaycan ABŞ ilə Orta Dəhliz və Zəngəzur dəhlizi üzrə görülən işləri müzakirə edib.
Bu barədə Hacıyev "X" hesabında paylaşım edib.