Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Azərbaycan Kimliyinin Zəif Halqası: Din və Diasporada Milli İtki Təhlükəsi

    9 İyul 2025 15:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Kimliyinin Zəif Halqası: Din və Diasporada Milli İtki Təhlükəsi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Azərbaycan kimliyinin zəif nöqtələrindən biri, bəlkə də ən mühümü dini bağların zamanla zəifləməsidir. Tarixi proseslərə nəzər yetirdikdə aydın olur ki, Azərbaycan xalqı məqsədli şəkildə dindən uzaqlaşdırılmış, bu isə milli şüurun əsas dayaqlarından birinin sarsılmasına gətirib çıxarmışdır.

    XIX əsrdən başlayaraq Çar Rusiyası tərəfindən həyata keçirilən siyasət nəticəsində azərbaycanlıların, xüsusilə də ziyalı təbəqənin dini kimliyi hədəf alınmışdır. Rusiya imperiyası öz maraqlarına uyğun olaraq yerli ziyalıları pozitiv biliklər və dünyəvi yüksəliş vədləri ilə cəlb edir, lakin bunun qarşılığında dini dəyərlərdən və islami kimlikdən imtinanı dolayısıyla tələb edirdi. Bu təbəqənin dini dəyərlərdən uzaqlaşdırılması isə zamanla xalqın ümumi dini şüurunun zəifləməsinə gətirib çıxardı.

    Daha sonra Sovet dövrü gəldi. Bu mərhələdə isə məsələ artıq ideoloji repressiyalar və açıq şəkildə dini inancın məhvi ilə müşayiət olundu. Məscidlərin bağlanması, dini liderlərin repressiyaya məruz qalması, dinin "geridəqalmışlıq" kimi təqdim edilməsi Azərbaycan cəmiyyətində dinin ictimai və mənəvi həyatdakı mövqeyini ciddi şəkildə sarsıtdı. Nəticədə, milli kimliyin mühüm dayaqlarından biri – iman və din – zəiflədildi.

    Bu tarixi zəiflik bu gün özünü daha çox diaspor həyatında göstərməkdədir. Tarixi vətəndən uzaqda yaşayan azərbaycanlılar, xüsusilə də Avropa, Amerika və Rusiya kimi ölkələrdə diaspor icmalarında, ikinci və üçüncü nəsildə dil itkisi ilə yanaşı, milli kimlik və mədəni yaddaşın da itirilməsi təhlükəsi ilə üz-üzədirlər. Bunun əsas səbəblərindən biri isə dini bağların, iman əsaslarının zəif olmasıdır.

    Müqayisə üçün digər xalqlara nəzər salmaq kifayətdir:

    Türkiyə türkləri yaşadıqları hər bir yeni yerdə ilk öncə məscid inşa edir, orada bir araya gəlirlər.

    Şimali Qafqaz xalqları (çərkəzlər, inquşlar, çeçenlər və s.) ruhi liderlərin və dinin ətrafında birləşirlər.

    Türküstan xalqları (özbəklər, qazaxlar, uyğurlar) yaşadıqları cəmiyyətlərdə dini liderlərin arxasında toplanaraq öz kimliklərini qorumağa çalışırlar.

    Bu xalqların dini və ruhi bağlılıqları onların diasporada da milli birliyin qorunmasına, dilin, adət-ənənənin və şüurun ötürülməsinə şərait yaradır. Lakin görünən odur ki, azərbaycanlıların əksər diaspor icmalarında bu hal müşahidə olunmur. İkinci və üçüncü nəsil arasında dini bilgilərin, ibadətin və ruhi bağların zəifliyi milli kimliyin də tədricən solmasına, dildə və şüurda itkiyə səbəb olur.

    Bu çox ciddi bir siqnaldır. Xalqın iman dayaqları zəiflədikcə, milli mövcudluğu da təhlükəyə düşür. Tarix göstərir ki, bir milləti qorumaq üçün onun iqtisadiyyatı və ordusu qədər, onun imanı, ruhi dayaq nöqtəsi, dəyərlər sistemi də qorunmalıdır.

    Millətin sabahı üçün bugündən düşünmək lazımdır: Milləti qorumaq istəyiriksə, ilk növbədə onun imanını və mənəvi sütunlarını qorumaq zorundayıq.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.