Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Azərbaycan və "Özünü Qoruma Refleksi": Müasir Siyasi Gərginliklər Fonunda Yanaşma

    7 İyul 2025 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və "Özünü Qoruma Refleksi": Müasir Siyasi Gərginliklər Fonunda Yanaşma
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Son günlər Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı təzyiqlərin artması və bu hadisələrin siyasi aspektlərdə geniş rezonans doğurması diqqətçəkici məqamdır. Bu proses fonunda Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginliyin yarandığı müşahidə olunur. Bu gərginliyin davamlı olub-olmaması isə situasiyanın inkişafından asılı olacaq.

    Azərbaycanın xarici siyasətinin əsas dayaq nöqtələrindən biri “özünü qoruma refleksi”dir. Bu refleksin formalaşmasının arxasında bir sıra obyektiv səbəblər dayanır. Şimalda yerləşən böyük Rusiya dövləti yalnız coğrafi yox, eyni zamanda tarixi və strateji baxımdan ciddi risk faktorudur. Rusiya tarix boyu ən zəif hesab edildiyi anlarda belə, siyasi nəzəriyyələri alt-üst edən addımlar atmağı bacarıb – yeni ərazilər ələ keçirib, öz sistemini başqa bölgələrə ixrac edib.

    Bu baxımdan, Rusiyanın davranış kodlarını və tarixi alqoritmlərini bilmədən hazırkı vəziyyəti qiymətləndirməyə çalışan bəzi analitiklərin yanaşmaları bəzən təbəssüm doğursa da, əslində bu təbəssümün arxasında ciddi tarixi dərslər və acı təəssüratlar dayanır. 1812-ci ildə Napoleon Rusiyaya hücum etdi, amma 1815-ci ildə artıq sürgündə idi. 1917-ci ildə Rusiya Birinci Dünya Müharibəsindən çəkildi və arxasınca gələn vətəndaş müharibəsi, Kolçak və digər qüvvələrlə ikihakimiyyətlilik, sonda isə SSRİ-nin qurulması – bütün bunlar Rusiyanın siyasi davranış modellərini göstərən misallardır. Bu amillər müasir siyasi analitiklər və qərarvericilər tərəfindən nəzərə alınmalıdır.

    Digər tərəfdən, İran İslam Respublikasının tarixi yaddaşında Azərbaycan 1828-ci ildə ondan qoparılan bir ərazi kimi qavranılır. Lakin reallıq onu göstərir ki, İran bu gün Azərbaycanı suveren dövlət kimi tanımağa faktiki olaraq məcburdur. İran daxilində bəzi alt qruplar – xüsusən tarixi sasaniçi düşüncə daşıyıcıları – zaman-zaman bu tarixi yaddaşı diriltmək və diqqəti başqa məsələlərə yönəltmək cəhdləri göstərirlər. Belə bir şəraitdə İran prezidenti Bezeşkianın Xankəndinə səfəri müsbət və konstruktiv bir jest kimi qiymətləndirilməlidir. Azərbaycan-İran münasibətləri qarşılıqlı hörmət prinsipi üzərində qurulmalıdır və bu istiqamətdə özünü qoruma refleksi çərçivəsində əməkdaşlıq yolları axtarılmalıdır.

    Gürcüstan isə Azərbaycanın yalnız diasporunun yaşadığı bir məkan deyil, eyni zamanda yerli azərbaycanlı əhalinin olduğu bir dövlətdir. Gürcüstanla münasibətlər ümumilikdə qarşılıqlı tərəfdaşlıq ruhunda inkişaf etsə də, zaman-zaman müəyyən zigzaqlar da yaşanıb. Lakin son nəticədə siyasi rasionalizm üstün gəlib və münasibətlər normallaşıb.

    Ermənistan isə hələ də düşmən dövlət olaraq qalır. Aramızda hələlik sülh müqaviləsi imzalanmayıb və bu, münasibətlərdə strateji qeyri-müəyyənlik yaradır.

    Qərb dövlətləri ilə bağlı isə qeyd etmək lazımdır ki, onların Azərbaycanla ortaq tarixi, dini, mədəni və ruhi bağları yoxdur. Bu ölkələr əsasən rasional maraqlar çərçivəsində tərəfdaşlıq edir. Türkiyə isə Azərbaycanın yaxın müttəfiqidir. Bu müttəfiqlik hər iki dövlət üçün həyati əhəmiyyət daşıyır, lakin hər bir məsələdə tam eyni mövqedən çıxış etmək də real deyil. Hər iki dövlətin spesifik maraqları var və bu maraqlar koordinasiyalı şəkildə, amma müstəqil formada tənzimlənməlidir.

    Digər tərəfdaşlardan biri İsraildir. Azərbaycan ilə İsrail arasındakı əməkdaşlıq strateji xarakter daşıyır. Lakin bu müttəfiqlik eyni zamanda İslam və ərəb dünyası ilə münasibətlərin balanslı şəkildə qorunmasını zəruri edir. Bu balansın təmin olunması Azərbaycanın beynəlxalq nüfuzu üçün mühüm əhəmiyyət kəsb edir.

    Sonda qeyd edilməlidir ki, Azərbaycan bu gün geosiyasi, coğrafi və demoqrafik reallıqlara uyğun şəkildə özünü qoruma refleksi ilə hərəkət edir. Bu refleks ona imkan verir ki, mürəkkəb və dəyişkən regional mühitdə öz siyasi müstəqilliyini və milli suverenliyini qoruya bilsin. Lakin bu siyasətin uğuru üçün yalnız praqmatik yanaşma kifayət deyil – milli kimlik, dini mənsubiyyət və mədəni-ruhi bağların da gücləndirilməsi strateji zərurət kimi qarşıda durur.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    2026 FIFA Dünya Çempionatı dünya iqtisadiyyatına nə qədər qazandıracaq?

    Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

    Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    İran-İsrail qarşıdurmasında yeni mərhələ: Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.