Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    ABŞ və Səudiyyə arasındakı 50 illik petrodollar anlaşması sona çatdı

    21 İyun 2024 17:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ və Səudiyyə arasındakı 50 illik petrodollar anlaşması sona çatdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, VOA

    ABŞ və Səudiyyə Ərəbistanı arasında 50 il əvvəl imzalanan və neftin yalnız dollarla alınmasına icazə verən müqavilənin müddəti 9 iyunda başa çatıb. Müqavilə uzadılmayacağı təqdirdə neftin avro, yuan, qızıl və hətta bitkoinlə satılması mövzusu yaranacaqdı. Bu isə təkcə ABŞ və dolların hökmranlığı üçün deyil, həm də dünya maliyyə nizamı üçün yeni bir dövrün başlanğıcı ola bilər.

    Bu gün dolların beynəlxalq maliyyə bazarını necə formalaşdırdığını və ABŞ-ın qlobal hegemonluğunun təməl daşının nədən ibarət olduğunu soruşsaq, ilk cavablardan biri 50 ildir davam edən neft-dollar dövrü olacaq.

    Sözügedən konsepsiyanın ortaya çıxmasını qısaca xatırladaq… 1973-cü ildə ərəb ölkələri ilə İsrail arasında gedən müharibə zamanı ABŞ-ın Təl-Əvivə verdiyi dəstək səbəbindən region ölkələri embarqo qərarı aldı. ABŞ-a tətbiq edilən neft embarqosu Vaşinqton üçün ciddi böhran demək idi, çünki onlar ehtiyac duyduqları neftin yalnız kiçik bir hissəsini özləri istehsal edə bilirdilər.

    ABŞ təxminən bir il sonra Səudiyyə Ərəbistanı ilə yeni müqavilə imzalayaraq bu embarqonun öhdəsindən gəldi. 1974-cü il iyunun 8-də imzalanmış müqaviləyə əsasən neftin satış qiymətinin ABŞ dolları ilə müəyyən edilməsi razılaşdırıldı. Bunun müqabilində isə ABŞ Səudiyyə Ərəbistanına hərbi yardım və müdafiə xidməti göstərəcəyini elan etdi.

    Təkcə bu da deyil… Razılaşmaya görə, Səudiyyə Ərəbistanı artıq olan neft gəlirlərini ABŞ-ın xəzinə veksellərinə yatırmaq məcburiyyətində idi. Yəni başqa sözlə ABŞ-a borc verməli idi. Beləliklə, ABŞ-a böyük və davamlı xarici kapital axını olacaq, ölkədə faiz dərəcələri aşağı səviyyələrdə qalacaq, gedişatla bağlı dataları görən digər ölkələr də ABŞ-a üz tutacaqdı. Proseslərin sonunda dollara olan tələbat artmağa başladı, bu da onu sabit valyutaya çevirdi. Digər tərəfdən, ABŞ zaman keçdikcə bölgədəki digər ərəb ölkələri üzərində təsirini tədricən artırdı.

    BRICS yeni nizam yarada bilərmi?

    Bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə ABŞ arasında neft-dollar müqaviləsi başa çatıb və hələlik yeni imza atılmayıb. Qərb mediası təbii ki, müqavilənin rəsmən başa çatdığını yazıb. Hələlik dolların qlobal valyuta olması üçün ən mühüm əsaslardan biri olan “neft almaq” öhdəliyi yoxdur. Təbii ki, bu vəziyyət qlobal maliyyə bazarlarına dərindən təsir etmək potensialına malikdir.

    Bu məqamda mühüm bir detalı xatırlamaqda fayda var. Bu ilin yanvarında Səudiyyə Ərəbistanı, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri BRİKS-ə üzv olduqlarını rəsmən təsdiqləyib.

    Yeni 5 ölkə arasında ən çox diqqət çəkən isə Səudiyyə Ərəbistanı oldu. İqtisadçıların fikrincə, dünyanın ən böyük neft ixracatçılarından olan Səudiyyə Ərəbistanının BRICS və NDB-də (BRICS-in aid Yeni İnkişaf Bankı) üzv olması böyük əhəmiyyət kəsb edir. O dövrdəki prosesi qiymətləndirən təhlillər bu teziz üzərində birləşirdi ki, BRİKS qlobal iqtisadiyyatda “Qərb hökmranlığını” qırmaq istəyirsə ən birinci neft-dollar asılılğına son qoymalıdır. Bunun üçün isə Ər-Riyadın BRİKS-də iştirakı kritik rol oynayır.

    Həmin dövrdə ən çox müzakirə edilən suallardan biri Səudiyyə Ərəbistanının BRİKS çərçivəsində neft ticarəti həyata keçirərkən hansı valyutadan istifadə edəcəyi idi. Bu gündən etibarən mövcud məlumatlar Ər-Riyadın neftə ehtiyacı olan ölkələrə dollar əvəzinə yeni valyutada sata biləcəyini göstərir.

    Nefti dollardan başqa valyutalarla ala bilmək nə üçün vacibdir?

    Bu suala cavab verərkən prosesin hər iki tərəfinə baxmaq lazımdır. Səudiyyə Ərəbistanından dollardan başqa valyuta ilə neft alınması ABŞ üçün çox problemli məsələdir. Əvvəllər İraq lideri Səddam Hüseyn nefti avro ilə satacağını bəyan etmişdi və sonra ölkəsi sürətlə müharibəyə sürükləndi. Eynilə, Venesuela və ya İran kimi nümunələr də göz qabağındadır.

    Vaşinqton dəfələrlə nümayiş etdirib ki, neft-dollar dövriyyəsinin pozulmasının qarşısını almaq üçün lazım gələrsə, sərt gücdən istifadə edəcək. Amma indi vəziyyət başqadır. ABŞ-ın qarşısındakı blok kifayət qədər güclüdür və Vaşinqton anlayır ki, birqütblü dünya bundan sonra davam edə bilməz.

    Neft dollarının sonu siyasi, iqtisadi və hətta hərbi nəticələrə səbəb ola biləcək yeni dövrün gələcəyini göstərir. ABŞ mətbuatı nda“Qlobal maliyyə tarixində çox az saziş var ki, ABŞ iqtisadiyyatına neft-dollar razılaşması qədər fayda gətirib” kimi fikirlərin yayılmasını diqqətlə təhlil etmək lazımdır.

    ABŞ mediasında da mümkün nəticələrə fərqli yanaşmalar ön plana çıxır. Bəzi insanlar bu yeni vəziyyətin çox şişirdildiyini və qeyd olunan böyük dəyişikliklərin baş verməyəcəyini düşünürlər. Digər hissə isə dollara tələbin azalacağını, inflyasiyanın artacağını, istiqraz bazarlarının zəifləyəcəyini bildirir.

    Rusiya, Çin və Səudiyyə Ərəbistanı dünya balansını sarsıda bilərmi?

    Prosesin digər tərəfində isə dolları həm neft ticarətindən, həm də ikitərəfli ticarətdən tamamilə çıxarmaq istəyən ölkələr var. İlk ağla gələn ölkələr Rusiya, Çin və İrandır. Türkiyə də ötən illərdə dəfələrlə ölkələrin ikitərəfli ticarətdə öz valyutalarından istifadə etmələrinin tərəfdarı olduğunu bəyan edib.

    Səudiyyə Ərəbistanının bu komandaya qatılması neft amilinə görə çox kritikdir. Ötən il neft ticarətində dolların payı 80 faiz olub. Lakin qarşıdakı dövrdə BRİKS üzvləri, xüsusilə də Rusiya, Çin və Səudiyyə Ərəbistanı koordinasiyalı hərəkət etsələr, bu nisbətin kəskin şəkildə aşağı düşmə ehtimalı var.

    Səudiyyə Ərəbistanının nefti gələcəkdə avro, qızıl, yuan və hətta Bitcoin ilə sata biləcəyi bildirilir. Təbii ki, bu yeni dövr təkcə neft alan və ya satan ölkələrə deyil, bütün qlobal maliyyə bazarlarına birbaşa təsir göstərəcək. Aydındır ki, bu prosesi təkcə iqtisadiyyat aspektindən oxumaq olmaz. Görünən odur ki, biz yeni dövrdə son hadisələrin siyasi və hərbi nəticələrini görəcəyik və artıq bir çox ölkələr bu yeni reallığa hazırlaşır.

    ABŞ və Səudiyyə arasındakı 50 illik petrodollar anlaşması sona çatdı
    ABŞ və Səudiyyə arasındakı 50 illik petrodollar anlaşması sona çatdı
    #neft #Səudiyyə Ərəbistanı #ABŞ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran: Livandakı İsrail zərbələri razılaşmanın uğursuzluğuna səbəb ola bilər

    17 İyun 2026 22:39

    Aralıq razılaşmadan sonra danışıqlar mərhələsi başlayacaq

    17 İyun 2026 22:26

    İran: Aralıq razılaşma Tramp və Pezeşkiyan tərəfindən imzalana bilər

    17 İyun 2026 22:13

    Tramp: Rusiya və Çin İran müharibəsində “neytral” mövqe tutdu

    17 İyun 2026 22:10

    Tramp: İran razılaşmaya əməl etməsə “sərt zərbə” endiriləcək

    17 İyun 2026 22:08

    Tramp: İran raketlərinin “84–85 faizi məhv edilib”

    17 İyun 2026 22:00

    Tramp: İsrail rəhbərliyi ABŞ–İran razılaşmasından “məmnundur”

    17 İyun 2026 21:48

    Tramp Pakistan və Qətərə İran danışıqlarına görə təşəkkür etdi

    17 İyun 2026 21:46

    Tramp: ABŞ İranın bərpasına sərmayə qoymayacaq, “qonşular kömək edə bilər”

    17 İyun 2026 21:42

    Tramp ABŞ–İran razılaşmasını Süleymani əməliyyatı ilə əlaqələndirib

    17 İyun 2026 21:31

    Tramp: ABŞ İranda “rejim dəyişikliyi” əldə edib

    17 İyun 2026 21:28

    Tramp: ABŞ müttəfiqləri İran razılaşmasından “çox məmnundurlar”

    17 İyun 2026 21:23
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

    Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik

    Prezident İlham Əliyev: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik

    Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

    Prezident İlham Əliyev: Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir

    Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

    Prezident İlham Əliyev: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq

    Prezident İlham Əliyev: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir

    Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.