BAKI,VOA
Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib, genişmiqyaslı enerji infrastruktur layihələrinin təşəbbüskarı və həyata keçirən ölkə kimi çıxış edib.
Bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında səsləndirib.
Dövlətimizin başçısı, həmçinin bildirib ki, Azərbaycan Avrasiya bölgəsində bir çox ölkələri əhatə edən layihələr həyata keçirmişdir və enerjiyə ehtiyacı olan ölkələrə yardım etmişdir.