Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    ABŞ İraqın “Ənsarullah əl-Avfiyyə” təşkilatını terrorçu elan edib

    19 İyun 2024 11:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ İraqın “Ənsarullah əl-Avfiyyə” təşkilatını terrorçu elan edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, VOA

    ABŞ Dövlət Departamenti 2013-cü ildə Sadr hərəkatından ayrıldıqdan sonra ölkədə siyasi və hərbi təsirə malik olan İraq fraksiyasını və onun baş katibini terrorçu elan edib.

    VOA xəbər verir ki, departamentin bəyanatında Ənsar Allah əl-Avfiya (HAAA) hərəkatının İraqda yerləşən İrana bağlı milis qrupu və İraqda İslam Müqavimətinin (IRI) bir hissəsi olduğu deyilir.

    Qrup və onun Şeyx Heydər əl-Qravi kimi tanınan baş katibi Heydər Muzhir Mələk əl-Saidi Qlobal Terrorçular siyahısına salınıb və olduqca təhlükəli terrorist kimi təsnif edilib.

    Bəyanatda deyilir ki, Vaşinqton İranın terrorizmə dəstəyinə qarşı çıxmaq və İranın dəstəklədiyi qrupların terror hücumları həyata keçirmə imkanlarının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

    ABŞ departamentinin bu  bəyanatına cavab olaraq HAAA da açıqlama verib.

    “Böyük Şeytanın (Amerika) Şeyx Heydər əl-Səidi və hərəkata qarşı etdiyi haqsızlığı lənətləyirik. ABŞ bu hərəkəti ilə bir daha sübut edir ki, təşkilatımız məzlum xalqların müdafiəçisidir. Şeyx Heydər əl-Qravi və Hərakat Ənsar Allah əl-Avfiyanı terrorda ittiham etmək tarixin onlara bəxş edəcəyi şərəf və qürur nişanından başqa bir şey deyil”-deyə HAAA bəyanatında deyilir.

    Vaşinqton HAAA-nı İranın İnqilab Keşikçiləri Qvardiyasının Qüds korpusu üçün İraqın əsas etibarlı nümayəndələrindən biri kimi təsvir edir.  Bildirilib ki, bu Sadr separatçı fraksiya uzun müddətdir Suriya sərhədində qarnizonda olub və İrana sadiqliyini nümayiş etdirmək üçün iraqlı etirazçıları öldürüb.

    Qeyd edək ki, Birləşmiş Şıtatlar son həftələrdə İraq qruplaşmalarına qarşı ritorikasını artırıb.

    ABŞ prezidenti Co Baydenin İraqdakı səfirliyinə namizədi Tracy Jacobson İraq rəsmilərini İranın təsiri və Tehranın dəstəklədiyi silahlı qruplaşmalarla bağlı qeyri-ənənəvi bəyanatları ilə təəccübləndirib.

    “İran bölgədə İraqın bütün nailiyyətlərini alt-üst edən yeganə təhlükə mənbəyi olaraq qalır. İraqın sabitliyi və suverenliyinə əsas təhlükə İrana qoşulan şiə milislərdir”-deyə Jacobson deyib.

    Vaşinqtonun son ritorika dəyişikliyi, İraq hökumətinin sakitləşdirmə səylərinə baxmayaraq, ölkədə iranyönlü milislərə qarşı hücumlara yol aça bilər.

    Keçən apreldə Vaşinqtona səfəri zamanı İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ABŞ-ı əmin etdi ki, onun hökuməti ABŞ-ın maraqlarını, o cümlədən Bağdaddakı səfirliyi qorumağa qadirdir.

    Bununla belə, İraq fraksiyaları tərəfindən ABŞ brendli restoranların hədəfə alınması Vaşinqtonu hələ də narahat edir.

    - Harakat Ənsar Allahul-Avfiyyə kimdir? -

    HAAA ilk dəfə 2013-cü ildə bir qrup silahlı şiə milisin İraqdakı Sadr hərəkatından ayrılmasında sonra meydana çıxıb.

    O vaxtdan bəri qrup 2014-cü ildə keçiriləcək ümumi seçkilərdə iştirak etmək üçün keçmiş baş nazir İbrahim Cəfəri ilə ittifaq edib.

    2018-ci ildə qrup Bədr Təşkilatının lideri Hadi əl-Amerinin rəhbərlik etdiyi Fəth Alyansı ilə ümumi seçkilərdə iştirak edib.

    Qrupun İraqın cənubundakı Maysan əyalətində siyasi qurumu və bir neçə əyalət şurasında yerləri də mövcuddur.

    Həmçinin, qrup İranın Qüds Qüvvələrinin İraqdakı ən yaxşı proksy qüvvələrindən biridir və 2019-cu ilin noyabrında hökumət əleyhinə çıxan etirazçıları öldürüb.

    4 aprel 2020-ci ildə HAAA ABŞ agenti olmaqda ittiham etdikləri baş nazirliyə namizəd Adnan əl-Zurfiyə qarşı hücumlarla hədələyən səkkiz şiə müqavimət qrupundan biri idi.

    Həmçinin, 2023-cü ilin yayın əvvəlində Qravinin Tehranda İranın Ali Lideri Əli Xameneyi ilə görüşmək üçün səkkiz müqavimət liderindən ibarət seçilmiş qrupdan biri olduğu bildirilir.

    ABŞ 28 yanvar 2024-cü ildə HAAA üzvlərinin Suriya-İordaniya sərhədi yaxınlığında üç ABŞ əsgərinin ölümü ilə nəticələnən ölümcül pilotsuz təyyarə hücumunda iştirak etdiyini bildirib.

    ABŞ İraqın “Ənsarullah əl-Avfiyyə” təşkilatını terrorçu elan edib
    #Ənsarullah əl-Avfiyyə #HAAA #Şeyx Heydər əl-Qravi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Afrikada neft strategiyasını genişləndirir?

    23 Avqust 2026 09:00

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    23 Avqust 2026 06:00

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    22 Avqust 2026 09:00

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Amerikalılar niyə Trampın kriptovalyuta gəlirini qanunsuz hesab edir?

    21 Avqust 2026 06:00

    Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?

    20 Avqust 2026 19:32

    ABŞ-ın hücumları nəticəsində bir ildə neçə mülki şəxs həlak olub?

    20 Avqust 2026 06:00

    Dəməşq tələb edir - Moskvanın isə Əsədi təhvil verməmək üçün hüquqi bəhanələri var

    19 Avqust 2026 19:57

    Hörmüz boğazı ətrafında “zarafat” - Müharibənin sərhədləri getdikcə daha da bulanıqlaşır

    19 Avqust 2026 09:00

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    5 Aprel 2026 15:00

    Pekinin Dəniz Doktrinası: "Uzaq dənizlərdə mühafizə" və iqtisadi təhlükəsizlik

    2 Aprel 2026 12:00
    XƏBƏR LENTİ

    Qətərin tikinti sektoru 2027-ci ildə 6.7% böyüyəcək

    Zərgərlik ev Nur Arida və Corcina Rodrigezi bir araya gətirdi

    Cəfər Cekson şəxsi musiqi karyerasını niyə dayandırdı?

    İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?

    Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.