Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Yaxın Şərqin Yetim Balaları – Türkmənlər

    17 Dekabr 2024 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaxın Şərqin Yetim Balaları – Türkmənlər
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice\ArabAz

    Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

    Bu yazım həm din, həm dil, həm köklü qardaşlarımız türkmənlər haqqındadır. İraq və Suriyada türk məskunlaşması tarixi VII əsrin axırlarından başlayır. İlk əvvəl Xorasandan 2000-ə yaxın türkmən Xilafəti qorumaq üçün İraqa gətirilir. Bunlar müsəlman olmuş türkmənlər idi. Daha sonra Abbasi Xilafəti zamanı türklərin Xilafət ordularında sayı bir qədər də artır. Növbəti mərhələdə Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı və Səfəvilər dövründə getdikcə İraq və Suriyanın xeyli hissəsi bir türkmən yurduna çevrilir.

    Türkmənlər İraqın ən təhsilli insanlarıdır. Suriyada da türkmənlər xüsusi yer tutur. İndi Suriyada gedən proseslər türkmənlərə nə vəd edir? 2003-cü ildə İraqda Səddam Hüseynin devrilməsindən sonra türkmənlər ölkənin digər xalqları kimi hüquqlar əldə edə bilmədilər. İraq Konstitusiyasının 4-cü maddəsinə görə (2005) İraqın rəsmi dilləri kürd və ərəb dilləridir. Türk dili isə say etibarilə türkmənlərdən çox az olan suryani və ermənilərin dilləri ilə eyni bölgəsəl dil hüququna sahib oldu. Bu, İraq tarixində türkmənlərin sayına və yerinə uyğun deyildi. Eyni zamanda, türkmən yurdu olan Kərkük, Mosul və digər bölgələr getdikcə kürdləşdirilməyə başladı.

    Suriyada türkmənlər Əsədə qarşı mübarizədə xüsusi rol oynamışdılar. Ümumiyyətlə, türkmənlər Suriyanın ikinci xalqıdır. Suriya Türkmənləri, Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizədə mühüm rol oynayan etnik qruplardan biridir. Suriya vətəndaş müharibəsinin başlaması ilə türkmənlər həm öz hüquqları, həm də Əsəd rejiminə qarşı mübarizədə fəal şəkildə iştirak ediblər. Suriya Türkmənləri, əsasən Hələb, Homs, Lazkiyə və Raqqa kimi bölgələrdə məskunlaşıblar. Xüsusilə Lazkiyə bölgəsindəki Bayırbucaq Türkmənləri Əsəd rejimi və İran tərəfindən dəstəklənən qüvvələr tərəfindən ciddi təzyiqə məruz qalıblar. Türkmənlər, Əsəd rejimi ilə yanaşı, İŞİD və PYD/YPG kimi qrupların da təzyiqlərinə məruz qalıblar. Həm İŞİD, həm də PYD türkmənlərin yaşadığı bəzi bölgələrə nəzarəti ələ keçirmişdi.

    2015-ci ildə Rusiyanın müdaxiləsi ilə Bayırbucaq bölgəsindəki türkmənlər ağır bombardmanlara məruz qaldılar. Bu vəziyyət, türkmən mülki əhalisinin böyük bir hissəsinin Türkiyəyə köçməsinə səbəb oldu.

    Bu gün Əsəd artıq yoxdur. Maraqlıdır ki, Suriyada yeni hökumət qurulur, hər kəsin hüquqları haqqında danışılır. Lakin Suriya türkmənləri haqqında onların Əsədə qarşı mübarizədə oynadıqları rola uyğun bir şəkildə söz edilmir. Bəlkə də, bunun əsas səbəblərindən biri də odur ki, Suriya türkmənlərinin arxasında beynəlxalq imperializm dayanmır. Hər halda, Suriya türkmənləri İraq türkmənlərinin siyasi aqibətini yaşamamalıdır. Bu, irqçilik və millətçilik baxımından deyil, anti-imperializm və ədalət baxımından çox önəmlidir.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Bu gün Corc Vaşinqton Ustad Mason titulunu qəbul etdi

    Tarixdə bu gün – 4 Avqust

    İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına icazə verməyəcəyik - Tramp

    İran üçün son şans yetişib - Tramp

    Ərəb Liqası İsraili Qəzzada atəşkəs prosesini pozmağa cəhddə ittiham edib

    Son 24 saatda Hörmüz boğazında daha doqquz kommersiya gəmisi marşrutunu dəyişib - CENTCOM

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    Oman İranla dünya adından danışıqlar aparır

    İsrail ordusu Qəzzadakı əməliyyatın nəticələrini açıqlayıb

    İstənilən təhdidə qəti cavab verməyə hazırıq - SEPAH komandiri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.