Gündəm

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani Oman Sultanlığına səfər etdiyi bir vaxtda, Tehran diplomatik səylərə qarşı "dağıdıcı təzyiq və təsirlər" barədə xəbərdarlıq edib. Bu xəbərdarlıq İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-İran danışıqlarına fokuslanacağı gözlənilən Vaşinqton səfəri ərəfəsinə təsadüf edir.

Gələcəyin Ferrari Elettrica modeli tezliklə yollara çıxacaq, lakin əvvəlcə o, yeni bir ad qazanır - Luce - və interyeri keçmiş Apple dizaynerləri tərəfindən hazırlanır. AzerVoice xəbər verir ki, Ferrarinin yeni tam elektrikli avtomobili Elettrica deyil, Luce adlanacaq. Avtomobil dörd oturacaqlı, nazik dəri ilə örtülmüş oturacaqlara, həmçinin şüşə və alüminiumdan ibarət eksteryerə sahib olacaq.

Türk müdafiə sənayesinin ən mühüm layihələrindən sayılan KAAN qırıcı təyyarəsi və GÖKBEY helikopteri Səudiyyə Ərəbistanının diqqət mərkəzindədir. Masadakı ən maraqlı variantlardan biri hər iki platformanın Səudiyyə Ərəbistanında istehsalı üçün orada xüsusi istehsal xəttinin qurulmasıdır. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son dövrlərdə sürətlənən hərbi əməkdaşlığın TUSAŞ-ın vasitəçiliyi ilə daha yüksək səviyyəyə qalxacağı gözlənilir.

İranlılar 1979-cu il inqilabından sonra hakimiyyəti ələ keçirən rejimə etiraz olaraq dəfələrlə küçələrə çıxıblar. Bu mənzərə İslam Respublikası tarixində tanış olsa da, bu dəfəki etirazlar daha dərin və təhlükəli mənalar daşıyır. Artıq etirazların hərəkətverici qüvvəsi yalnız rejimin ideoloji və repressiv xarakteri ilə məhdudlaşmır; bu qəzəb gündəlik həyatın hər sahəsinə toxunan boğucu iqtisadi çətinlikləri də əhatə edir. Qəzəb dairəsi genişləndikcə, diqqətçəkən bir hadisə baş verdi: ənənəvi olaraq rejimin dayaqlarından sayılan və əvvəlki etirazlarda məsafə saxlayan Tehran bazarı tacirləri də prosesə qoşuldular. Onların ön cəbhəyə çıxması hakimiyyət üçün narahatlıq doğuran bir dönüşdür, baxmayaraq ki, bu, mütləq rejimin sonunun yaxınlaşdığının qəti göstəricisi deyil.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan - Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar. Onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar. Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.

Hindistan və Amerika Birləşmiş Ştatları aylarla davam edən danışıqlardan sonra ticarət sazişi əldə etdiklərini rəsmən elan ediblər. Bu barədə bazar ertəsi günü ABŞ Prezidenti Donald Tramp və Hindistanın Baş naziri Narendra Modi sosial media hesablarında məlumat paylaşıblar. Tramp sazişi "Truth Social" platformasında ilk elan edən tərəf olub. O, bir sıra bəndləri sadalayaraq bildirib ki, Hindistan "Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan, bəlkə də Venesueladan daha böyük həcmdə neft almağa" razılıq verib.

İran Prezidenti Məsud Pezeşkian bazar günü bəyan edib ki, cümə günü ABŞ ilə aparılan danışıqlar "irəliyə doğru bir addımdır". O eyni zamanda vurğulayıb ki, Tehran heç bir təhdidə dözməyəcək. Pezeşkian "X" sosial şəbəkəsindəki paylaşımında bildirib: "Regiondakı dost hökumətlərin təqib səyləri sayəsində baş tutan İran-ABŞ danışıqları irəliyə doğru bir addım oldu".

ABŞ Ədliyyə Nazirliyi, həftələrlə gecikmədən və süründürməçilikdən sonra, əlində olan Ceffri Epşteyn sənədlərinin növbəti hissəsini dərc etdi. Lakin bu sənədlər bir çox adların, fotoşəkillərin və detalların (10 mindən çox gizlətmə halı) gizlədilməsi və ört-basdır edilməsindən sonra təqdim olundu. Bu gizlətmə, fərz edildiyi və nazirliyin iddia etdiyi kimi qurbanları qorumaq üçün deyil, cinayət törədənləri qorumaq məqsədi daşıyırdı. Nazirlik, bəlkə də qəsdən, bir çox qurbanın fotoşəkillərini və adlarını gizlətməyi unudub, lakin gələn etiraz və şikayət selindən sonra onları yenidən gizlətməli olub

Bakıda liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə həbs edilib. Binəqədi Rayon Məhkəməsindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Ə. Ş. barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakıda şagirdin güllələdiyi müəllim palataya köçürülüb. Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılı