Gündəm

Körfəz regionu, bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasındakı müharibə ilə bağlı sürətlə artan hərbi gərginlik fonunda olduqca həssas bir mərhələdən keçir. Tehranın son həftələrdə bir neçə ərəb ölkəsinə doğru atdığı raketlər və pilotsuz uçuş aparatları (PUA) regional gərginlikdə yeni bir səhifə açaraq, regionun təhlükəsizliyini görünməmiş bir sınaq qarşısında qoyub.

Sosial şəbəkələrdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır. Bildirilib ki, bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni “fakt” kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Tarixi qeydlərdə 16 Ramazan strateji və sivilizasiya baxımından mükəmməl bir dönüş nöqtəsi kimi önə çıxır. Məhz bu gündə Bədrdə su mənbələrinin nəzarətə götürülməsi ilə İslamın ilk böyük qarşıdurmasının konturları tamamlanmışdır. Eyni zamanda bu tarixdə ümmət Hz. Ayişə və tarixçi Maqrizinin vəfatı ilə böyük elm xəzinələrini yola salmış, Osmanlı saraylarının dəhlizləri və Əl-Ariş çadırları isə səs-küylü siyasi və hərbi uğursuzluqlara şahidlik etmişdir.

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. Belə ki, 361 Çin, 246 Rusiya, 224 Azərbaycan, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran 4 İordaniya, 4 İsveçrə,4, Nigeriya, 4 Yaponiya vətəndaşı təxliyə olunub.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib. Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.

İndoneziya ordusunun Qəzzadakı "Sülh Şurası" layihəsində iştirakı tərəfdarlar və əleyhdarlar arasında kəskin mübahisələrə səbəb olub. Son 70 ildə İndoneziya BMT-nin sülhməramlı missiyaları çərçivəsində Afrika, Asiya və Avropanın münaqişə zonalarına qoşun göndərsə də, Qəzza missiyasının xarakteri və riskləri tamamilə fərqlidir. Qeyd edək ki, İndoneziya ordusu indiyədək göstərdiyi fəaliyyətlərə görə böyük təqdirlər alsa da, bəzi əməkdaşları qaçırılmış, bəziləri isə öldürülmüşdür.

İran dövlət televiziyası ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin öldürüldüyünü rəsmən elan edib. Bu xəbər ABŞ Prezidenti Donald Trampın Xameneyinin ölümü barədə məlumatı təsdiqləməsindən və onun xələfi olacaq "yaxşı namizədlər" barədə danışmasından bir neçə saat sonra yayılıb.