Gündəm

Hindistanın Baş naziri Narendra Modinin fevral ayının sonunda, İsrail və ABŞ-ın İrana qarşı birgə hava hücumlarından cəmi üç gün əvvəl İsrail Knessetində çıxış edən sonuncu beynəlxalq lider olması təsadüfi bir detal deyil. Xatırladaq ki, həmin hücumların ilk günündə Ali rəhbər Əli Xamenei və bir qrup yüksək rütbəli hərbi-təhlükəsizlik rəhbəri hədəf alınmışdı.

Amerika-İsrail İctimai İşlər Komitəsi (AIPAC), Demokratlar Partiyası daxilində ona qarşı yönəlmiş və getdikcə artan "imtina" dalğasına cavab verib. Bu, 2028-ci il ABŞ prezident seçkiləri üçün namizədliyi hallanan bir çox tanınmış şəxsin təşkilatdan hər hansı bir dəstək almağı rədd etmələrindən sonra baş verib ki, bu da "The Times of Israel" qəzetinin yazdığına görə, partiya daxilində İsraillə açıq şəkildə eyni cərgədə görünməyin yaratdığı siyasi narahatlığın nə dərəcədə genişləndiyini əks etdirir.

Məhəmməd Baqir Qalibaf bir çox məqamlarda Əli Laricaninin xələfidir, lakin o, sağlığında yaxın olduğu Ali Rəhbər Əli Xameneyinin xələfi olmayacaq. Çünki "Vəliyyi-fəqih"in xələfi mütləq "Ayətullah" rütbəli din xadimi olmalıdır, Qalibafın isə ali dini təhsili yoxdur. Hazırda Parlament sədri olan Qalibaf, ABŞ Prezidenti Donald Trampın adını çəkmədən birbaşa danışıqlara çağırdığı şəxsə çevrilib. Bu, onu İranın gələcək liderliyinə ən güclü namizəd edir – təbii ki, əgər gələcəkdə vəziyyət dəyişməsə və o, "azmış" bir raketin və ya daxili sui-qəsdin qurbanı olmasa.

Bəzi avtomobil istehsalçıları elektrikləşdirmə planlarından geri çəkilsə də, Mercedes-Benz öz mövqeyində möhkəm dayanır. Alman avtomobil nəhəngi, elektromobil gələcəyinə sadiqliyini sübut edərək, ən çox satılan modeli olan GLC-nin yeni nəsil tam elektrikli versiyasını bazara çıxarmağa hazırlaşır.

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti İsrailin yüksək rütbəli hərbi rəhbərliyinə istinadən xəbər verir ki, Təl-Əviv Livan cəbhəsində hərbi əməliyyatların intensivliyini artırmaq niyyətindədir. VOA xəbər verir ki, İsrail generallarının sözlərinə görə, ordunun qarşısında duran başlıca vəzifə "Hizbullah" qruplaşmasına bərpası mümkün olmayan zərbələr endirməkdir.

Birinci Səlib Yürüşü zamanı xüsusi olaraq qorxu yaymaq məqsədilə istifadə edilən "Tafurlar" adlı xristian hərbi birliyinin müsəlmanlara qarşı törətdiyi insanlıqdan kənar vəhşiliklər tarixin ən qaranlıq məqamı kimi yenidən gündəmə gəlib. Qərb mənbələrin "nadir hadisə" kimi qələmə verməyə çalışdığı bu qrupun əslində müharibə strategiyasının bir hissəsi olduğu iddia edilib.

Kadavr (orijinal adı: The Possession of Hannah Grace) rejissor Diederik Van Rooijen tərəfindən çəkilmiş, qorxu və mistik triller janrlarını tibbi mühitin soyuqluğu ilə birləşdirən fərqli bir ekran işidir. Film, klassik "cinçıxarma" mövzusuna fərqli bir rakursdan — ayin bitdikdən və ölüm baş verdikdən sonrakı hadisələrə fokuslanaraq yanaşır.