Gündəm

Dünya ABŞ-ın Yaxın Şərqə doğru irəliləyən hərbi qüvvələrini, ABŞ-İsrail koalisiyasının İrana qarşı mümkün müharibəsini və bunun Hörmüz boğazındakı naviqasiyaya, neft-qaz qiymətlərinə təsirini narahatlıqla izlədiyi bir vaxtda, ABŞ Konqresinin Tədqiqat Xidməti (CRS) diqqətçəkən bir araşdırma dərc edib. 27 fevral 2026-cı ildə, yəni müharibənin başlamasından cəmi bir gün əvvəl işıq üzü görən "Hakimiyyətin bölünməsi və NATO-dan çıxma" adlı bu araşdırma, Prezident Trampın Konqresin razılığı olmadan ABŞ-ı Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxarmaq səlahiyyətinin olub-olmadığını müzakirə edir. Araşdırmanın məhz bu zaman kəsiyində dərc olunması xüsusilə diqqət çəkir.

Bakı-Ələt-Astara magistral avtomobil yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyü yararsız hala düşüb. Sosial şəbəkələrdə yolun vəziyyətini göstərən görüntülər paylaşılıb. Məlumata görə, mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb olunub. Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir. Belə ki, Çinin 728, Azərbaycanın 536, Rusiyanın 354, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 196, Omanın 80, İndoneziyanın 68, İranın 57, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 24, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 11, Belarusun 11, Böyük Britaniya, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliyanın 9, Sudanın hərəsinin 8, Venesuela 7, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

"Le Nouvel Obs" jurnalı Şərqdə başlayan və artıq ikinci ayına qədər uzanan ABŞ-İsrail-İran müharibəsinin hərbi, siyasi və iqtisadi ölçülərini təhlil edən 5 əsas sualı gündəmə gətirib. 28 fevral 2026-cı ildə başlayan və ilk zərbələrdə İranın Ali rəhbəri Əli Xameneinin ölümü ilə nəticələnən bu müharibə hələ də qlobal təhlükəsizlik və enerji bazarları üçün ən böyük təhdid olaraq qalır.

Yaponiyada İslamın tarixi, digər Asiya ölkələri ilə müqayisədə nisbətən qısa olsa da, həm tarixi, həm də müasir dövrdə diqqətəlayiq inkişaf mərhələlərindən keçib. İslam bu ölkədə ən kiçik azlıq dinlərindən biri hesab olunur. 2020-ci ilin əvvəlinə olan məlumata görə, Yaponiyada müsəlmanlar ümumi əhalinin təxminən 0,18 faizini təşkil edib.

Aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib. Yağış və sel suları vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə dolaraq ciddi ziyan vurub.

Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə DYP əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır.