Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Qeyri-səlis məntiqin banisi Lütfi Zadənin həyat yolu - Bu gün onun doğum günüdür

    4 Fevral 2026 15:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qeyri-səlis məntiqin banisi Lütfi Zadənin həyat yolu - Bu gün onun doğum günüdür
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Lütfəli Rəhim oğlu Ələsgərzadə dünya şöhrətli azərbaycanlı riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka tədqiqatçısı və Kaliforniyadakı Berkeley Universitetinin kompüter elmləri üzrə əməkdar professoru olub. Onun atası Rəhim Ələsgərzadə Azərbaycan əsilli olub və Ərdəbildə anadan olub. Anası Fanya Korenman isə yəhudi əsilli rus idi. Lütfəli Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakıda dünyaya gəlib.

    Gələcək alim üçüncü sinfə qədər təhsilini Bakıda alıb. Daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb. 1942-ci ildə Tehran Universitetini bitirib, bir il sonra isə ABŞ-a köçüb.

    1944-cü ildə Massaçusets Texnologiya İnstitutuna (MIT) daxil olub və bu dövrdə adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə Kolumbiya Universitetində doktorantura təhsilinə başlayıb.

    1959-cu ilə qədər ABŞ-da MIT və Kolumbiya Universitetlərində magistr və doktorluq elmi dərəcələri alıb, eyni zamanda professor kimi fəaliyyət göstərib. 1959-cu ildən ömrünün sonuna qədər isə Kaliforniyadakı Berkeley Universitetində dərs deyib.

    Qeyd edək ki, Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüterlər nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” və “Soft computing” kimi fundamental elmi istiqamətlərin müəllifidir. Onu dünya miqyasında məşhurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb.

    Qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın mühüm sahələrindən biri olmaqla, klassik məntiq və çoxluqlar nəzəriyyəsini ümumiləşdirən elmi yanaşma hesab olunur.

    Alim 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə qazandığı uğurlara görə Yaponiyanın elm adamlarına təqdim etdiyi ən yüksək mükafatlardan biri olan “Honda” mükafatı ilə təltif edilib.

    Lütfi Zadə yəhudi əsilli Fey xanımla ailə qurub. Onların iki övladı olub: Stella Zadə və Norman Zadə. Qızı Stella 2006-cı ildə, 59 yaşında vəfat edib.

    Dünya şöhrətli alim 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Onun nəşi Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.

    Lütfi Zadə, qeyri-səlis məntiq, fuzzy logic, süni zəka, soft computing, Berkeley Universiteti professoru, azərbaycanlı alim, riyaziyyatçı, kompüter alimi Лютфи Заде, нечеткая логика, искусственный интеллект, soft computing, профессор Беркли, азербайджанский ученый Lotfi Zadeh, fuzzy logic theory, artificial intelligence pioneer, soft computing, University of California Berkeley professor لطفي زاده، المنطق الضبابي، الذكاء الاصطناعي، الحوسبة اللينة، أستاذ جامعة بيركلي Lütfi Zadeh, bulanık mantık teorisi, yapay zekâ, soft computing, Berkeley Üniversitesi profesörü لطفی زاده، منطق فازی، هوش مصنوعی، محاسبات نرم، استاد دانشگاه برکلی Lotfi Zadeh, lógica difusa, inteligencia artificial, soft computing, profesor de la Universidad de Berkeley ロトフィ・ザデー, ファジィ論理, 人工知能, ソフトコンピューティング, バークレー大学教授 洛特菲·扎德, 模糊逻辑, 人工智能, 软计算, 加州大学伯克利分校教授 לוטפי זאדה, לוגיקה מטושטשת, בינה מלאכותית, סופט קומפיוטינג, פרופסור באוניברסיטת ברקלי Lûtfi Zadeh, lojîka nezelal, zîhna çêkirî, soft computing, profesorê zanîngeha Berkeley Լյութֆի Զադե, մառախլապատ տրամաբանություն, արհեստական բանականություն, փափուկ հաշվարկ, Բերքլի համալսարանի պրոֆեսոր

    #Qeyri-səlis məntiqin banisi Lütfi Zadənin həyat yolu #Bakıda doğulan dünya şöhrətli alim: Lütfi Zadə #Lütfi Zadə: süni zəka və riyaziyyatın sərhədlərini dəyişən alim #Berkeley Universitetinin azərbaycanlı professoru – Lütfi Zadə #Qeyri-səlis məntiqdən süni zəkaya: Lütfi Zadənin elmi irsi #Lütfi Zadə kimdir? Dünya elminə verdiyi töhfələr #Azərbaycanın elm tarixində silinməz iz qoyan alim #Lütfi Zadə və müasir kompüter elminin formalaşması #Dünya elminin zirvəsinə gedən yol: Lütfi Zadənin bioqrafiyası #Qeyri-səlis məntiq nəzəriyyəsi və onun müəllifi Lütfi Zadə #Lotfi Zadeh #founder of fuzzy logic theory
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fazil Küçük Kimdir?

    30 Avqust 2026 13:25

    İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

    27 Avqust 2026 17:56

    Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

    25 Avqust 2026 10:10

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    23 Avqust 2026 19:12

    Trampdan əl çəkməyən qadın - Natali Harp kimdir?

    19 Avqust 2026 11:15

    Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

    18 Avqust 2026 10:48

    Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir?

    16 Avqust 2026 15:00

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    9 Avqust 2026 08:54

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    2 Avqust 2026 04:00

    Bu gün onun ölüm günüdür - Döyüş sənətini dəyişən əfsanə - Brus Li kimdir?

    20 İyul 2026 10:09

    Əsədullahil-qalib – Allahın qalib şiri: Həzrəti Əlinin elmi, səxavəti, qəhrəmanlıqları və şəhadəti

    19 İyul 2026 16:00
    XƏBƏR LENTİ

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.