#Lotfi Zadeh

Lütfəli Rəhim oğlu Ələsgərzadə dünya şöhrətli azərbaycanlı riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka tədqiqatçısı və Kaliforniyadakı Berkeley Universitetinin kompüter elmləri üzrə əməkdar professoru olub. Onun atası Rəhim Ələsgərzadə Azərbaycan əsilli olub və Ərdəbildə anadan olub. Anası Fanya Korenman isə yəhudi əsilli rus idi. Lütfəli Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakıda dünyaya gəlib.