Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Akademiyadan Diyanət rəhbərliyinə: Ali Erbaşın həyat yolu

    8 Fevral 2026 18:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Akademiyadan Diyanət rəhbərliyinə: Ali Erbaşın həyat yolu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Azərbaycan İslam Ensiklopediyası

    Türkiyənin Diyanət İşləri Başçısı Ali Erbaş akademik fəaliyyəti və dövlət idarəçiliyində tutduğu vəzifələrlə tanınan din xadimi və alimdir. Ali Erbaş 1961-ci ildə Türkiyənin Ordu vilayətinin Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində alan Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip Liseyini, 1984-cü ildə isə Mərmərə Universitetinin İlahiyyat Fakültəsini bitirib.

    1982–1993-cü illərdə Diyanət İşləri Başçılığına bağlı İstanbulun Fatih rayonunda müxtəlif məscidlərdə din xadimi kimi fəaliyyət göstərib. Elmi fəaliyyətini paralel şəkildə davam etdirən Ali Erbaş “Quranda təkrarlar” mövzusunda magistr dissertasiyası müdafiə edib, 1993-cü ildə isə “İlahi dinlərdə mələk inancı” adlı işi ilə dinlər tarixi üzrə doktorluq dərəcəsi alıb.

    1988–1990-cı illərdə İstanbul Haseki Təhsil Mərkəzində magistr və doktorantlar üçün təşkil olunan ixtisasartırma proqramlarında iştirak edib. 1993-cü ildə Sakarya Universitetinin İlahiyyat Fakültəsində Dinlər Tarixi kafedrasında köməkçi dosent təyin olunub. Elmi araşdırmalarını genişləndirmək məqsədilə 1994-cü ildə Parisdə Corc Pompidu Mərkəzi və Sorbonna Universitetinin kitabxanalarında tədqiqatlar aparıb, 1996–1997-ci tədris ilində isə Strasburq Humanitar Universitetində qonaq professor kimi çalışıb.

    Türkiyəyə qayıtdıqdan sonra 1998-ci ildə dosent, 2004-cü ildə professor elmi adını alıb. 1993–2006-cı illərdə Dinlər Tarixi kafedrasına, eyni zamanda Fəlsəfə və Din Elmləri Bölməsinə rəhbərlik edib. 1997–2002-ci illərdə Sakarya Universiteti İlahiyyat Fakültəsinin dekan müavini, 2006–2011-ci illərdə isə iki müddət həmin fakültənin dekanı olub.

    2011-ci ildə Diyanət İşləri Başçılığı yanında Təhsil Xidmətləri Baş İdarəsinin rəhbəri təyin edilən Ali Erbaş, 8 iyun 2017-ci ildə Yalova Universitetinin rektoru vəzifəsinə gətirilib. Elə həmin ilin 17 sentyabr tarixində Türkiyənin Diyanət İşləri Başçısı təyin olunub.

    Türkiyədə və xaricdə nəşr edilmiş 12 kitabın müəllifi olan Prof. Dr. Ali Erbaşın çoxsaylı elmi məqalələri, beynəlxalq simpozium və konfranslarda təqdim olunmuş məruzələri var. O, ərəb və fransız dillərini mükəmməl bilir. Ali Erbaş evlidir, dörd övladı var.

    #Ali Erbaş kimdir? #Türkiyənin Diyanət İşləri Başçısı Ali Erbaş kimdir? #Akademiyadan Diyanət rəhbərliyinə: Ali Erbaşın həyat yolu #Prof. Dr. Ali Erbaş – elmi və dini fəaliyyətinin xronologiyası #Ali Erbaşın bioqrafiyası: təhsil #elmi fəaliyyət və vəzifələr #Yalova Universitetindən Diyanət İşləri Başçılığına uzanan karyera #Türkiyədə dini idarəçiliyin önəmli simalarından Ali Erbaş #Diyanət İşləri Başçısı Ali Erbaşın həyatı və fəaliyyəti #Din xadimi və alim: Prof. Dr. Ali Erbaş kimdir? #Ali Erbaşın elmi irsi və dövlət xidmətindəki rolu #Türkiyə Diyanətinin rəhbəri Ali Erbaşın karyera yolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fazil Küçük Kimdir?

    30 Avqust 2026 13:25

    İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

    27 Avqust 2026 17:56

    Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

    25 Avqust 2026 10:10

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    23 Avqust 2026 19:12

    Trampdan əl çəkməyən qadın - Natali Harp kimdir?

    19 Avqust 2026 11:15

    Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

    18 Avqust 2026 10:48

    Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir?

    16 Avqust 2026 15:00

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    9 Avqust 2026 08:54

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    2 Avqust 2026 04:00

    Bu gün onun ölüm günüdür - Döyüş sənətini dəyişən əfsanə - Brus Li kimdir?

    20 İyul 2026 10:09

    Əsədullahil-qalib – Allahın qalib şiri: Həzrəti Əlinin elmi, səxavəti, qəhrəmanlıqları və şəhadəti

    19 İyul 2026 16:00
    XƏBƏR LENTİ

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.