#Din xadimi və alim: Prof. Dr. Ali Erbaş kimdir?

Türkiyənin Diyanət İşləri Başçısı Ali Erbaş akademik fəaliyyəti və dövlət idarəçiliyində tutduğu vəzifələrlə tanınan din xadimi və alimdir. Ali Erbaş 1961-ci ildə Türkiyənin Ordu vilayətinin Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində alan Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip Liseyini, 1984-cü ildə isə Mərmərə Universitetinin İlahiyyat Fakültəsini bitirib.