VOA təhlil mərkəzi

Suriyada yeni pul nişanlarının dövriyyəyə buraxılmasından sonra ölkə daxilində və xaricində saxlanılan köhnə Suriya funtunun taleyi ilə bağlı müzakirələr aktuallaşıb. Rəsmi açıqlamalara görə, yeni banknotlar iki sıfırın silinməsi ilə dövriyyəyə daxil edilib. Bir çox suriyalı köhnə pul kütləsinin necə dəyişdiriləcəyi və xüsusən də xaricə çıxarıldığı deyilən vəsaitlərin aqibəti ilə bağlı suallar verir. İqtisadçı ekspert Lana Badvan mövzuya münasibət bildirərək qeyd edib ki, pulun dəyişdirilməsi təkcə texniki bank əməliyyatı deyil. Onun sözlərinə görə, bu addım “nəzarətsiz dövriyyədə olan likvidliyin” məhdudlaşdırılmasına yönəlmiş qərardır və iqtisadi, siyasi və suverenlik baxımından bir neçə məqsəd daşıyır.

Fars körfəzi regionu neft ticarətinin dünya üzrə ən həssas nöqtələrindən biri kimi tanınır. Hazırda qlobal neft daşımalarının təxminən 30 faizi Hörmüz boğazından keçir. Boğazın hərbi risklərə, siyasi təhdidlərə və blokada təhlükəsinə açıq olması Körfəz ölkələrini alternativ marşrut axtarışına sövq edir. Bu kontekstdə Səudiyyə Ərəbistanında irəli sürülən genişmiqyaslı “Salman Kanalı” layihəsi regionun geoiqtisadi xəritəsini dəyişə biləcək təşəbbüslərdən biri kimi qiymətləndirilir.

İsraildə yayımlanan rəsmi məlumatlar ölkədə əhalinin artım tempinin tarixdə ilk dəfə ciddi şəkildə zəiflədiyini göstərir. Bildirilir ki, mənfi miqrasiya balansı və doğum göstəricilərinin azalması fonunda demoqrafik mənzərə 1948-ci ildən bəri görünməmiş səviyyəyə enib. İsrail Yayım Korporasiyasının məlumatına görə, siyasət araşdırmaları üzrə “Taub Siyasət Araşdırmaları Mərkəz”nin hazırladığı “Dövlətin vəziyyəti – 2025” adlı hesabatda 2025-ci ildə İsraildə əhali artımının cəmi 0,9 faiz təşkil etdiyi qeyd olunub.

Şimali İrlandiyanın Belfast şəhərində Yeni il gecəsi yüzlərlə insan Böyük Britaniya həbsxanalarında aclıq aksiyası keçirən Palestine Action hərəkatının fəallarına dəstək məqsədilə küçələrə çıxıb. Aksiya iştirakçıları üçün bu etiraz təkcə bugünkü hadisələrlə deyil, həm də 1981-ci ildə Şimali İrlandiyada baş vermiş tarixi aclıq aksiyalarının xatirələri ilə sıx bağlıdır.

ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Cilia Floresnin ABŞ qüvvələri tərəfindən saxlanıldığını iddia etməsi beynəlxalq aləmdə ciddi suallar doğurub. Rəsmi Karakas bu məlumatı təsdiqləməyib və Vaşinqtondan sübut tələb edir. Venesuelanın vitse-prezidenti Delcy Rodriguez dövlət televiziyasında yayımlanan müraciətində hökumətin Maduro və Floresin harada olduğu barədə məlumatının olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi onların sağ qalmasına dair rəsmi dəlillər təqdim etməlidir.

2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqın gələcəyi ilə bağlı formalaşan ümidlər aradan keçən iyirmi ildən artıq müddətdə özünü doğrultmayıb. Diktatura rejimindən xilas olma arzusu daha ədalətli və funksional dövlət quruculuğu gözləntiləri ilə müşayiət olunsa da, bu gün ölkə dərin siyasi, institusional və sosial böhranla üz-üzədir. Səddam Hüseyn dövründə hökm sürən totalitar sistem cəmiyyəti siyasi proseslərdən kənarlaşdıran, insanları gələcəyə dair düşünmək imkanından məhrum edən bir idarəçilik modeli kimi yadda qalıb. Həmin dövrdə islahat ümidlərinin demək olar ki, tükənməsi rejimin süqutunu qaçılmaz edən əsas amillərdən biri olub.

Yaxın Şərq hazırda yeni regional böhranın astanasında kritik mərhələdən keçir. Mövcud vəziyyət İsrail–İran qarşıdurması, Tehranın regiondakı silahlı müttəfiqləri – “Hizbullah”, Qəzza zolağında “HƏMAS”, Yəməndə isə husilərin fəaliyyəti fonunda getdikcə daha mürəkkəb və təhlükəli xarakter alır. Analitiklər bildirirlər ki, regionun müxtəlif nöqtələrində inkişaf edən böhranlar artıq ayrı-ayrı proseslər deyil. İstənilən bir cəbhədə baş verən eskalasiya digər bölgələrdə zəncirvari reaksiyalara səbəb ola bilər ki, bu da çoxcəhətli və genişmiqyaslı münaqişə riskini artırır.

2025-ci ilin başa çatması fonunda dünyada baş verən siyasi, hərbi və iqtisadi proseslər qlobal nizamın ciddi şəkildə sarsıldığını göstərir. İlin sonuna yaxın sürətlənən diplomatik təşəbbüslər, münaqişə zonalarında yeni hərbi planlamalar və böyük güclərin açıq rəqabəti beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklərin başlanğıcına işarə edir.

“Əqsa tufanı” əməliyyatından sonra Qəzzada baş verən müharibə və onun regional nəticələri Türkiyə ilə İsraili qarşı-qarşıya gətirdi. Bu, xüsusilə Suriyada daha çox hiss olunan, birbaşa yox, dolayısı ilə gedən rəqabət və gərginlik mühitidir. Son dövrlərdə tərəflərin addımları isə göstərir ki, onlar tədricən rəqib – hətta müəyyən səviyyədə üz-üzə dura biləcək – bloklar və ittifaqlar formalaşdırmağa başlayırlar.

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti ilk gündən etibarən ABŞ Ədliyyə Nazirliyinin (Department of Justice – DOJ) fəaliyyət prinsiplərində kəskin dəyişikliklərlə yadda qalıb. Tramp ikinci müddətinə başladığı ilk günlərdə Ədliyyə Nazirliyinə “ədalət mühakiməsinin siyasiləşdirilməsinə son qoymaq” göstərişi verdiyini bəyan etsə də, hüquq ictimaiyyəti bu addımların əks nəticə verdiyini bildirir. Ənənəvi olaraq ABŞ Ədliyyə Nazirliyi “prokurorluğun müstəqilliyi” anlayışını əsas fəaliyyət norması kimi qoruyub. Nazirlik icra hakimiyyətinin bir hissəsi olsa da, istintaq və ittiham qərarlarının prezidentin siyasi maraqlarından kənar qalması onilliklər ərzində formalaşmış fundamental prinsip sayılıb.