Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    7 Dekabr 2025 16:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaponiyada müsəlmanları harada dəfn edirlər?
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Yaponiyada dəfn məsələsi uzun müddət ictimai müzakirə mövzusu olmayıb. Onilliklər ərzində ölkədə vida mərasiminin yeganə forması demək olar ki, yalnız kremasiya olduğundan, torpağa dəfn, açıq qəbiristanlıqlar və monumental məzarlar kimi ənənələr Yaponiyada məhz mövcud deyil. Ərazisinin 75%-i dağlardan ibarət olan və şəhərlərin hər kvadrat metr uğrunda rəqabət apardığı ölkədə ölüm də məkan çatışmazlığı və sərt memarlıq-kültür normalarına tabe edilmiş, nəticədə kremasiya əhalinin 99%-dən çoxu üçün alternativsiz hala çevrilmişdir.

    Yaponların böyük əksəriyyəti üçün bu sistem tamamilə təbii görünür o, buddizm-sintoizm dünyagörüşü ilə uzlaşır və qəbir sahələrinin çatışmazlığının qarşısını alır. Torpağa dəfn yalnız xüsusi hallarda icazə verilən nadir istisnalardır. Lakin son illərdə bu tarazlıq yeni çağırışla üzləşib və bu müsəlman icmasının artması ilə ələqədardır.

    Müxtəlif hesablamalara görə, Yaponiyada yaşayan müsəlmanların sayı 200–350 min arasında dəyişir. Onlar arasında tələbələr, fəhlələr, sahibkarlar, tədqiqatçılar var və hamısını birləşdirən dinin dəqiq hökmüdür: mərhum kremasiya edilmədən torpağa tapşırılmalıdır.

    Bəs Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Müsəlmanların sayının artması ilə birlikdə yeni suallar ortaya çıxıb. Bu suallar arasında “dəfnlər harada aparılacaq və hansı ərazilər İslam qəbiristanlıqları üçün ayrıla bilər?”-kimi suallar var.

    Cavab çətin olub. Belə yerlər çox azdır və bir-birindən uzaqda yerləşir. Onların bir hissəsi Kobe ətrafında, digəri isə Hokkaydounun kənd rayonlarındadır. Tohokudan Kyushyuyə qədər olan geniş regionlarda isə heç bir İslam qəbiristanlığı mövcud deyil. Bu isə minlərlə müsəlman ailəsini çətin seçim qarşısında qoyur: meyiti yüzlərlə kilometr uzağa aparmaq, vəfat etmiş şəxsi xaricə göndərmək, yaxud ehtiyaclarını nəzərə almayan hüquqi boşluqla üzləşmək.

    Yaponiyada müsəlman icmasının tələbləri kifayət qədər təvazökar idi. Şəhər kənarında kiçik sahələr, sanitar normalarına tam uyğun dəfn prosesi, bu tələblərdən ən ənəmlisidir.

    Lakin dövlətin reaksiyası minimal olaraq qaldı. Yerli səviyyədə etiraz səsləri də yüksəldi, o cümlədən dəfnlərin “yeraltı suların çirkləndirməsiməsi” kimi arqumentlər irəli sürüldü. Amma ekologiya və səhiyyə ekspertləri düzgün təşkil olunduğu təqdirdə islam dəfnlərinin heç bir risk yaratmadığını təsdiqlədilər.

    Yerli məsələ milli müzakirəyə çevrilir

    Uzun müddət lokallaşmış və sakit şəkildə davam edən müzakirələr qəfil ölkə gündəminə düşdü. Buna səbəb konservativ “Sanseytо” partiyasının deputatı Midzuxo Umimuranın çıxışı oldu. O bildirdi ki, Yaponiyaya “yeni qəbiristanlıqlar lazım deyil” və kremasiya “bu cəmiyyətin strukturuna uyğun yeganə təbii sistemdir”. O müsəlmanları “məntiqli alternativlər” axtarmağa çağırdı və bu “alternativlər” arasında kremasiya və ya cənazəni xaricə göndərmə kimi üsüllar da yer aldı.

    Müsəlman icmasının reaksiyası

    Bu bəyanat Yaponiyada yaşayan müsəlmanların ciddi narazılığına səbəb oldu. Onlar bu çıxışı potensial siyasət sərtləşməsinin siqnalı kimi qəbul etdilər. Bir neçə deputatın Umimuranı dəstəkləməsi vəziyyəti daha da gərginləşdirdi. Müsəlmanlar narahatdırlar ki, dini qaydalara uyğun dəfn haqqı dövlət tərəfindən “problem” kimi deyil, “haqlı tələbat” kimi qəbul edilməli olduğu halda əksinə təqdim oluna bilər.

    Ölkənin məkan məhdudiyyətləri, müsəlmanların dini tələbləri və siyasi sərtləşmələr fonunda İslam qəbiristanlıqları ilə bağlı böhran Yaponiyanın çoxmədəniyyətliliyə uyğunlaşmaq qabiliyyətinin real sınağına çevrilib.

    İndi əsas sual budur:

    Yaponiya həyatlarında müsəlmanları qəbul etməyə başladığı insanlara, ölümündən sonra da yer ayıra biləcəkmi?

    #İslam Yaponiyada #Yaponiyada müsəlmanlar #Yaponiyada İslamın tarixi #Yaponiyada ilk məscidlər #Yaponiyada müsəlman icması #Yaponiyada müsəlman tələbələr #Yaponiyada istilər #Yaponiyada müsəlmanların dəfni: məkan böhranı və dini hüquqlar məsələsi #İslam qəbiristanlıqları ətrafında mübahisə: Yaponiya çoxmədəniyyətliliyə hazırdırmı? #Müsəlman icmasının artması Yaponiyada dəfn qaydalarını necə dəyişir? #Где хоронят мусульман в Японии: кризис мест и спор о религиозных правах #Исламские кладбища в Японии: проверка общества на готовность к многообразию #Рост мусульманской общины и новые вызовы японской похоронной системе #Where are Muslims buried in Japan? A crisis of space and religious rights #Japan’s debate over Islamic cemeteries: a test for multiculturalism #Growing Muslim community forces Japan to rethink burial practices #Yaponiyada müsəlman dəfni #İslam qəbiristanlığı Yaponiya #Hokkaydo müsəlman dəfn yerləri #Niyə Yaponiyada torpağa dəfn problemi var? #Yaponiyada müsəlmanlar harada dəfn olunur? #Yaponiya İslam qəbiristanlıqlarını niyə çətinliklə qəbul edir? #Müsəlman dəfni üçün Yaponiyada hansı hüquqi boşluqlar mövcuddur? #Japoniyada kremasiya sistemi və müsəlmanların dini tələbləri #Muslim burials in Japan highlight a growing cultural dilemma #Japan struggles to accommodate Islamic burial requirements
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    Leyboristlər müsəlman seçicilərin etimadını niyə itirir?

    29 Avqust 2026 09:00

    Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik

    29 Avqust 2026 00:03

    İsrail İordan çayının qərb sahilini necə dəyişdirir?

    28 Avqust 2026 09:00

    Yaponiyalı müsəlmanlar niyə sıxışdırılır?

    19 İyun 2026 09:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İslamın mənası: Beş şərtdən bütöv həyat fəlsəfəsinə

    17 May 2026 10:53

    Niyə “rəqəmsal sağçılar” müsəlmanları Yaponiya üçün təhlükə hesab edir?

    2 May 2026 15:15

    Günəş ölkəsində İslamın izi: Yaponiyada müsəlman icması

    29 Mart 2026 12:53

    Yaponiya Baş naziri hökumət üzvləri ilə birlikdə öz maaşını azaltmağı planlaşdırır

    8 Noyabr 2025 14:13

    “Dəmir qadın” Sanai Takaiçi - Yaponiyanın ilk qadın baş naziri

    25 Oktyabr 2025 14:18

    Yaponiyada yüksək temperatur səbəbindən 20-yə yaxın insan həyatını itirib

    29 İyul 2025 18:41
    XƏBƏR LENTİ

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.