"Qədim palçıq məscidləri İslam dünyasının zəngin memarlıq irsinin mühüm nümunələridir və əsrlər boyu həm dini, həm də mədəni əhəmiyyətini qoruyub saxlamışdır."
#Yaponiyada ilk məscidlər
Yaponiyada İslamın tarixi, digər Asiya ölkələri ilə müqayisədə nisbətən qısa olsa da, həm tarixi, həm də müasir dövrdə diqqətəlayiq inkişaf mərhələlərindən keçib. İslam bu ölkədə ən kiçik azlıq dinlərindən biri hesab olunur. 2020-ci ilin əvvəlinə olan məlumata görə, Yaponiyada müsəlmanlar ümumi əhalinin təxminən 0,18 faizini təşkil edib.
Yaponiyada dəfn məsələsi uzun müddət ictimai müzakirə mövzusu olmayıb. Onilliklər ərzində ölkədə vida mərasiminin yeganə forması demək olar ki, yalnız kremasiya olduğundan, torpağa dəfn, açıq qəbiristanlıqlar və monumental məzarlar kimi ənənələr Yaponiyada məhz mövcud deyil. Ərazisinin 75%-i dağlardan ibarət olan və şəhərlərin hər kvadrat metr uğrunda rəqabət apardığı ölkədə ölüm də məkan çatışmazlığı və sərt memarlıq-kültür normalarına tabe edilmiş, nəticədə kremasiya əhalinin 99%-dən çoxu üçün alternativsiz hala çevrilmişdir.