#Siyasi islamçılıq

Bu yay Tunis kənarındakı Murnağıyə həbsxanasında istilik 50°C-ni keçdi. İyulun 17-də Müsəlman Qardaşlar hərəkatından ilhamlanan Tunisin "Ənnəhda" siyasi partiyasının 85 yaşlı qurucusu Rəşid Qannuşi kamerasında huşunu itirdi. Onun taleyi 2012-ci ildə Misir prezidenti seçilən və 2019-cu ildə məhbəsdə vəfat edən Müsəlman Qardaşlar nümayəndəsi Məhəmməd Mursinin taleyini xatırladır.

Xüsusilə XX əsrin sonlarından etibarən müxtəlif ölkələrdə formalaşan “siyasi islamçılıq” hərəkatları dini, onun ilahi və əhatəli mahiyyətindən uzaqlaşdıraraq, siyasi məqsədlərin alətinə çevirmişdir. Nəticədə İslamın insanlığa açıq olan geniş təlimləri məhəlli ideoloji qəliblərə sığdırılmağa çalışılmış, bu isə həm dini məhdudlaşdırmış, həm də onun adından edilən siyasəti legitimləşdirməyə xidmət etmişdir.