Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İran 1979-2023-cü illərdə (ziddiyyətlər fonunda)

    23 İyul 2025 14:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran 1979-2023-cü illərdə (ziddiyyətlər fonunda)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Həmişə olduğu kimi statistika əsasında bu yazıda İranı dəyərləndirməyə çalışacam. Bilirsiniz ki, mənim şüar və pafos ilə aram yoxdur. Təhlil etdiyim zaman isə ideoloji kimliyimin verdiyi emosional halı da bir kənara qoyuram. İran bizim cənub qonşumuzdur. 19179-cu ildən spesifik siyasi sistemlə idarə edilir. İslami əsaslı konstitusiya ilə respublika idarə şəklini birləşdirir. Konstitusiyanın 12-ci maddəsinə əsasən: “İran İslam Respublikasında rəsmi məzhəb İmamiyyə (Cəfəri) on iki imamlı fiqhdir... Bununla birlikdə Hənəfi, Şafei, Malik, Hənbəli və Zeydi fiqh məktəbləri rəsmi olaraq tanınır və onların tərəfdarları şəxsi status, dini təhsil, dini məsələlər və dini mərasimlərdə öz məzhəblərinə uyğun hərəkət etməkdə azaddırlar.”

    1979–2023-cü illər ərzində İran iqtisadiyyatı siyasi təcrid, beynəlxalq sanksiyalar və daxili idarəetmə problemlərinə baxmayaraq, neft-qaz sektoru və bəzi sənaye sahələri əsasında inkişaf etməyə çalışmışdır. 1979-cu ildə İslam İnqilabından sonra dövlət nəzarəti gücləndirildi və 1980–88 İran-İraq müharibəsi iqtisadiyyatda dərin durğunluğa səbəb oldu. 1990-cı illərdə Rafsancani dövründə “yenidənqurma” siyasəti ilə infrastruktur və özəlləşdirmə cəhdləri başladı. 2005–2013-cü illərdə Əhmədinejad dövründə neft gəlirləri artdı (2008-də gündəlik ixrac 2.5 milyon bareli keçdi), lakin subsidiya siyasəti və inflyasiya ciddi problemlər yaratdı. 2012-ci ildə ABŞ və Aİ-nin sanksiyaları nəticəsində İranın neft ixracı gündəlik 1 milyon barelə qədər azaldı. 2015-ci il Nüvə Razılaşması (JCPOA) nəticəsində 2016-da iqtisadi artım 12.5%-ə çatdı, lakin Trampın 2018-də razılaşmadan çıxması və yeni sanksiyalar artımı geriyə çevirdi. 2019–2020-ci illərdə inflyasiya 40%-i keçdi, rial dəyərini ciddi itirdi. 2021-ci ildən etibarən Çin və Rusiya ilə imzalanan uzunmüddətli iqtisadi razılaşmalar, xüsusən 2021 Çinlə 25 illik əməkdaşlıq sazişi, İranın iqtisadi ümidlərini Şərqə yönəltdi. 2023-cü ilin sonuna yaxın İranın ÜDM-i 400 milyard dollar civarında, illik inflyasiya isə təxminən 45% idi. Neftdənkənar sektorun ÜDM-də payı 55%-ə çatsa da, iqtisadiyyat hələ də enerji ixracatından asılı idi.

    1979–2023-cü illər ərzində İranın hərbi sənayesi ciddi şəkildə inkişaf etmiş, xüsusilə raket, PUA və müdafiə sistemləri sahəsində konkret nəticələr əldə etmişdir. 1998-ci ildə Shahab-3 orta mənzilli ballistik raketi (1300–2000 km) təqdim edildi və bu raket sonradan təkmilləşdirilərək Qadr-F və Emad versiyaları ilə modernləşdirildi. 2007-ci ildə Fateh-110 qısa mənzilli və yüksək dəqiqlikli raketlər istehsal edildi. 2015-ci ildə İran Bavar-373 adlı yerli istehsal hava hücumundan müdafiə sistemini təqdim etdi, bu sistemin 2022-ci versiyası 300 km məsafədə hədəf aşkarlaya və 200 km məsafədə məhv edə bilir. 2013-cü ildən etibarən Shahed-129 PUA-ları Suriyada və İraqda istifadə edildi. 2020–2022-ci illərdə istehsal edilən Shahed-136 kamikadze dronu isə 2022-ci ildən Rusiyaya verildi və Ukraynada geniş istifadə edildi. İran həmçinin 2017-ci ildə Kowsar adlı yerli qırıcı təyyarə təqdim etdi və 2020-ci ildə Karrar tankını istehsal edərək zirehli texnika sahəsində də irəlilədi. 2023-cü ilin sonunda İran Müdafiə Nazirliyi 300-dən çox silah sisteminin ölkədə tamamilə yerli imkanlarla istehsal olunduğunu və ixraca hazır olduğunu açıqladı.

    İranın bizimlə münasibətləri ziqzaqvari olubdur. İranın bizimlə bağlı ən böyük səhvi odur ki, bizi 1828-ci ildə özündən qopan bir parça bilir. Halbuki artıq biz bir dövlətik. Fərqli mentallıqlarımız var. Siyasi düşüncəmiz var. Biz bir reallığı təmsil edirik. İran gərək həm qonşu kimi, həm də islam əməkdaşlığı çərçivəsində bizimlə qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq və qonşuluq eləsin. Xüsusi ilə bəzən şovinizmi dini duyğular ilə pərdələmək istəyən, türkə cəhənnəm dili deyən bəzi "ruhaniləri" cilovlasın. Daha sonra İranın Ermənistana göstərdiyi münasibət yenidən baxılmalıdır. Doğrudur, İran işğal edilmiş əraziləri rəsmən Azərbaycan torpağı hesab edirdi. Amma təəssüflə qeyd edək ki, bizim işğal edilmiş ərazilərin talanmasında İran vətəndaşları da iştirak edibdir. Lakin onu da unutmayaq ki, Cəbrayıl, Zəngilanı daşıyıb aparanların çoxu da elə öz milletimizden idi. Qarabağa qanunsuz səfər edən maşınları idarə edib Qarabağa Qərəbəğ deyən sürücülər də bizim millətdən idi. Lakin İran çalışmalı idi ki, bunlar olmasın. İranın daha bir səhvi isə Suriyada məzhəb bataqlığına girməsi və Əsəd kimi zalimi dəstəkləməsi idi. Doğrudur, Suriyada məzhəb savaşının memarları başqaları idi. Amma İran o bataqlığa girdi. Bununla da özü ilə sünni dünyasında ciddi problemlər yaranmasına səbəb oldu. Lakin inkar edilməz həqiqətdir ki, Qəzza məsələsində mövqeyi, İsrail ilə savaşması onun mövqeyini möhkəmləndirdi. İranın gələcəkdə Azərbaycan ilə münasibətləri qurarkən dediyim amilləri nəzərə alması lazımdır. Azərbaycan artıq Cənubi Qafqazın əsas ölkəsidir. Beynəlxalq nüfuzu olan aktordur. Hər bir halda bizim də bölgəni bilməyimiz lazımdır. Təhlil də yazarkən eşq məktubu yazmaq deyil, real təhlil yazmaq lazımdır.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Dünyanın ən kök insanı neçə kiloqram idi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.