Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Əbu İvanka və Səudiyyə-Amerika münasibətlərində ikinci raund

    19 Yanvar 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əbu İvanka və Səudiyyə-Amerika münasibətlərində ikinci raund
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Donald Trampı ərəbləri böyük əksəriyyəti Əbu İvanka – yəni İvankanın atası adlandırır. Onun ABŞ prezidentliyinə qayıdışının Səudiyyə-Amerika münasibətlərinə necə təsir edəcəyi hələ aydın deyil

    Səudiyyə-Amerika münasibətlərində dəyişiklik gözləntisini ifadə etmək hələ tezdir, lakin güman edilir ki, münasibətlər Trampın ilk dövründə əvvəlki təcrübənin yanaşmasına uyğun olacaq. Ən azə krallıqda bu düşüncədədirlər.

    Əvvəlki dönəmində Aəbu İvanka iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi qarşılıqlı iqtisadi və təhlükəsizlik maraqları üzərində qurulduğunu bildirlmişdi. Şübhəsiz ki, Prezident Trampın birinci dövründə qlobal və regional şəraiti formalaşdıran şərtlər bugünkü geosiyasi səhnədən fərqlənir ki, bu da Trampın öz birinci dövründə izlədiyi köhnə yanaşma ilə davam edəcəyini güman etməyi çətinləşdirir.
    Belə ki, bölgədə bir çox şeylər, -2023-cü il oktyabrın 7-dən bu yana baş verən hadisələrə “Əl-Əqsa tufanı” əməliyyatı, İsrailin Qəzza zolağında müharibəsi və Livanla daha geniş münaqişə, eləcə də İsrail və İran arasında birbaşa hərbi hücumlar baş verib. Bütün bunlarla yanaşı , Əsədin Putinin ağuşuna sığınması, Yəməndə ipə-sapa yatmayan husilər və sairə vəziyyəti olduqca qəzil edir.

    Regional məsələlərə və Səudiyyə Ərəbistanı Krallığının roluna gəldikdə, Krallıq eskalasiyanı azaltmaq üçün bir yanaşma tətbiq edir və bu istiqamətdə fəal diplomatiya aparır. Krallıq eyni zamanda Fələstin dövlətinin yaradılması və bir çox başqa məsələlərdə vasitəçilik səyləri gösrərir.

    Səudiyyə bu səylərə regional liderlik rolunun yenidən qiymətləndirilməsi çərçivəsində rəhbərlik edir ki, bu da əməkdaşlıq və inkişafa nail olmaq və münaqişələrin intensivliyini azaltmaq üçün dəqiq işə gətirib çıxarır. Həmçinin bu kontekstdə Səudiyyə Ərəbistanının fəal diplomatik fəaliyyəti bəzən ABŞ-ın prioritetlərindən fərqlənən müstəqil xarici siyasətə dəlalət edir.
    Trampın İsrailin ekspansionist siyasətinə əvvəlki dəstəyi, o cümlədən Qüdsü İsrailin paytaxtı kimi tanıması və İsrailin Suriyanın Colan təpələri üzərində nəzarəti Səudiyyə Ərəbistanı Krallığının 1967-ci il sərhədlərinə əsaslanan iki dövlət həlli ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir.

    Bundan əlavə, prezident Trampın indiyədək administrasiyasında, xüsusən də xarici, müdafiə və strateji siyasətlə bağlı yüksək vəzifələrə təyinatları İsrail siyasətlərinə, onların ekspansionist və məskunlaşma gündəmlərinə daha çox dəstək verildiyini göstərir. Həqiqətən də, Amerika administrasiyasında Yaxın Şərq siyasətinə nəzarət etməsi gözlənilənlərin bir qismi Fələstin probleminin iki dövlətli həll əsasında həllinin qatı əleyhdarlarıdır. Onların əksəriyyəti müstəqil Fələstin dövlətinin yaradılması prinsipini də açıq şəkildə rədd edir və Fələstin xalqının siyasi hüquqlarını tanımağa və ya dəstəkləməyə az meyl göstərirlər.
    Səudiyyə Ərəbistanı Krallığı son onilliklər ərzində Yaxın Şərqin səylərini tükənmiş münaqişə dövriyyəsinə son qoymağın ən yaxşı yolu kimi Fələstin məsələsinin siyasi həllinin zəruriliyində israr edir. Buna görə də, Trampın Səudiyyə Ərəbistanının tələblərini yerinə yetirmək üçün siyasətini dəyişmək istəməməsi ABŞ-Səudiyyə prioritetlərində ziddiyyətli istiqamətlərə səbəb ola bilər, çünki Ər-Riyad sülh üçün əsas şərtlərini qəbul etməkdə çətinlik çəkəcək və üç tərəfi qane edən “effektiv həll” tapmayacaq. Əsəs məsələ olan İran faylına gəlincə, Əbu İvanka İranın nüvə proqramını hədəf alan İsrailə güclü dəstəyini açıq şəkildə ifadə etdi və bu davranış prezident Baydenin yanaşması ilə kəskin ziddiyyət təşkil edir.
    Bütün bunların fonunda Səudiyyə Ərəbistanı Krallığı inkişaf məqsədlərinə və 2030-cu ilə qədər uzunmüddətli baxışına nail olmaq üçün regional sabitliyin vacibliyini dərk edir. Krallıq İranla konstruktiv diplomatik və siyasi dialoqu genişləndirməyə çalışır və hər hansı münaqişə eləcə də, silahlı hücuma qarşıdır. Regionda İranla müharibə baş versə,bu regional təhlükəsizliyə xələl gətirəcək, Krallığın davamlı inkişaf səylərinə mane olacaq, iddialı islahatların həyata keçirilməsinə mane olacaq və Yaxın Şərqdə dinc yanaşı yaşamanın əldə edilməsində vasitəçi rolunun güclənməsinə təsir göstərəcək.

    Yuxarıda qeyd olunanlarla yanaşı, digər narahatlıq doğuran məsələlər də var. Səudiyyə Ərəbistanı Krallığı ilə yaxın münasibətinə baxmayaraq, Tramp Ər-Riyadın rəsmi müdafiə sazişi və ya Birləşmiş Ştatlardan Krallığa qarşı təhlükəsizlik zəmanəti tələblərini yerinə yetirmək üçün çox az həvəs göstərdi. Həmçinin o, Səudiyyə Ərəbistanının uranın zənginləşdirilməsi də daxil olmaqla, tam nüvə yanacaq dövrü imkanlarına malik dinc milli nüvə proqramını inkişaf etdirmək istiqamətində atdığı addımı xüsusilə dəstəkləmirdi.

    Yuxarıdakı məsələlərlə bağlı əsas sual budur: Növbəti Tramp administrasiyası Ər-Riyadı ABŞ-ın prioritetlərinə daha yaxından uyğunlaşdırmaq üçün nə dərəcədə səy göstərə bilər?

    Prezident Baydenin administrasiyası dövründə Səudiyyə siyasəti müəyyən dərəcədə diplomatik çeviklik və manevr imkanı ilə xarakterizə olunurdu və Tramp administrasiyası çətin ki, eyni mühiti təmin etsin. Bu heç şübhəsiz prezident Trampın keçmiş davranışına və onun komandasının tərkibinə əsaslanır.

    Ər-Riyadın Vaşinqtonla münasibətlərinin qarşısında duran problem Səudiyyə Ərəbistanı Krallığının xarici siyasətində qərar və istiqamətlərinin müstəqilliyini və milli maraqlarını təmin etməklə bu fikir ayrılıqlarını aradan qaldırmaqdan ibarətdir. Nəhayət, ümumi dil tapmaq bacarığı Səudiyyə-Amerika münasibətlərinin gedişatını və onların regionun gələcəyinin formalaşmasında rolunu müəyyən edəcək, lakin bu ortaq təməlin necə qurulacağını indiki mərhələdə görmək çətindir. Prezident Trampın seçki kampaniyasının əsaslandığı şüarlar “Öncə Amerika” və “Amerikanı yenidən möhtəşəm et” şüarları olub.

    #Donald Tramp #Məhəmməd bin Salman #Əbu İvanka #Əl-Əqsa tufan #Öncə Amerika #MAGA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    3 Sentyabr 2026 20:17

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    3 Sentyabr 2026 20:06

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    3 Sentyabr 2026 18:24

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    3 Sentyabr 2026 18:12

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    3 Sentyabr 2026 16:37

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    3 Sentyabr 2026 10:52

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    3 Sentyabr 2026 10:32

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40
    XƏBƏR LENTİ

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.