Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı terrordan azad Türkiyə hədəfinə nail olmaq üçün iradəli olduqlarını vurğulayıb. O bildirib ki, terror problemini həll etməklə həm Türkiyə, həm də türk xalqı qazanacaq və prosesə mane olmaq istəyənlərə sərt reaksiya göstərəcək. “Şəhid ailələrimiz narahat olmasın, qazilərimiz qorxuya düşməsin. Heç vaxt başlarını aşağı etməyəcəyik. Bizim heç bir bazarlığımız yoxdur və Türkiyənin suverenliyini zədələyəcək hər hansı yanlış addımda yer almarıq”, – Bahçeli qeyd edib.
Türkiyə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin Ankara Beştəpədə keçirilən iclasından sonra verdiyi açıqlamada ölkənin müdafiə sənayesində əldə olunan irəliləyişləri, xüsusilə də “KIZILELMA” pilotsuz döyüş təyyarəsinin dünya aviasiyasındakı “tarixi nailiyyətini” diqqətə çatdırıb.
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə ilə Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bu anlaşmalar Türkiyə Petrolləri (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL şirkətləri arasında bağlanıb.
Türkiyə idarəetmə məhkəmələrində işləri Avropadan daha tez həll edir. Türkiyə Prezident Rəcəb Tayyib Erdoğan bu sözləri Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən Məhkəmə Hakimləri, Respublika Prokurorları və İnzibati Məhkəmə Hakimlərinin püşkatma mərasimində zamanı çıxışında bildirib. “Avropa Şurasının hesabatlarına görə, Avropada idarəetmə məhkəmələrində işlərin görülmə müddəti 168 gündür. Bu müddət Fransada 314, İtaliyada isə 574 gündür” – deyə Prezident vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan NATO Qərargahındakı görüşlər çərçivəsində NATO Baş katibi Mark Rutte, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Kaja Kallas, Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos, Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper, İspaniya xarici işlər naziri Xose Manuel Albares və digər bir sıra həmkarları ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Türkiyənin milli kosmik şirkəti “Fərqani Space Technologies” ölkənin ilk Orbitaya Transfer Aparatını (YTA), FGN-TUG-S01 ABŞ-ın Kaliforniya ştatındakı Vandenberg Kosmik Qüvvələr Bazasından uğurla orbitə göndərib. Qeyd edilib ki, beləliklə, Türkiyə yalnız öz imkanları ilə hazırlanmış ilk YTA-sını kosmosa çıxararaq mühüm tarixi addım atıb.
Baykar tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən Bayraktar KIZILELMA dünya aviasiya tarixində yeni bir uğura imza atıb. Sinop sahillərində keçirilən tarixi sınaqda milli pilotsuz döyüş təyyarəsi, ASELSAN tərəfindən hazırlanmış MURAD AESA radarının işarələdiyi hədəfi TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən GÖKDOĞAN raketi ilə tam dəqiqliklə vurub. Bu uğur sayəsində Bayraktar KIZILELMA, aviasiya tarixində görüş məsafəsindən kənar hava raketi istifadə edərək jet mühərrikli hava hədəfini vuran ilk pilotsuz döyüş təyyarəsi olub.
Türkiyədə FETÖ-yə qarşı son iki həftədə 37 vilayətdə aparılan əməliyyatlar zamanı saxlanılan 121 şübhəlidən 58-i həbs edilib. Bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Təhlükəsizlik Baş İdarəsinin TEM, KOM və Kəşfiyyat qurumlarının koordinasiyası, həmçinin yerli emniyyət müdürlüklərinin iştirakı ilə həyata keçirilib.
İstanbul Boğazında sıx duman səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada boğazda görmə məhdudluğu səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırıldığı bildirilib. Səlahiyyətlilər bildiriblər ki, hava şəraiti normallaşdıqdan sonra naviqasiya yenidən açılacaq.
Papalıq bu gün 2 min ildir ayaqda qalmağı bacaran bəşəriyyətin ən qədim qurumudur. Dünyanın dörd bir yanında insanlara dini rəhbərlik etməyin yanında çox böyük maddi imkanlara da sahibdir. Bütün tarixi boyu bir şəkildə dünyanın siyasi səhnəsinə təsir etmişdir. Bu gün bəşəriyətin bu təlatümlü vaxtında yenə meydandadır.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, ölkənin təhlükəsizlik orqanları ilə aparılan müzakirələr və yaxınlaşdırma tədbirləri nəticəsində ümumilikdə 103 terrorçu könüllü şəkildə təslim olub. Onların 10 nəfəri Diyarbəkir analarının övladlarıdır. Nazir bu açıqlamanı Türkiyənin daxili təhlükəsizlik qüvvələrinin 2025-ci il fəaliyyətinə dair qiymətləndirmə toplantısında verib. Nazir vurğulayıb ki, Türkiyənin təhlükəsizlik qüvvələri müasir texnologiyalar, peşəkar heyət və yüksək hazırlıqla ölkənin hər bölgəsində fəaliyyətini davam etdirir.
Roma imperatoru I Konstantinin təşəbbüsü ilə 325-ci ildə Nikeya (Türkiyənin İznik şəhəri) şəhərində çağırılan Birinci Nikeya Şurası xristian kilsə tarixində inanc birliyinə nail olmaq üçün keçirilən ilk ümumdünya (ekumenik) xristian məclisi hesab olunur. Şura kilsə daxilində kəskin teoloji ixtilafların həlli üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.