Türkiyə

Türkiyə enerji təhlükəsizliyini şaxələndirmək məqsədilə Rusiyadan qaz idxalına dair mövcud müqavilələri bir il müddətinə uzadıb və paralel olaraq ABŞ qaz hasilatı sektoruna sərmayə yatırmağı planlaşdırır. Bunu energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə açıqlamasında bildirib.

Baykar və ASELSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən qabaqcıl müdafiə texnologiyaları Aralıq dənizində həyata keçirilən kritik bir sınaqda bir daha özünü təsdiqlədi. “Mavi Vətən” konsepsiyası çərçivəsində Türkiyənin dənizdə birgə əməliyyat qabiliyyətini nümayiş etdirən test zamanı yüksək koordinasiya və dəqiqliklə icra edilmiş əməliyyat uğurla başa çatdı.

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib. Açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.

2026-cı ildə Türkiyə NATO Zirvəsi, Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) və Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsinə ev sahibliyi edəcək. Son illərdə həm regionda, həm də qlobal diplomatiya arenasında fəal rol oynayan Türkiyə, xüsusilə Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir sıra problemli bölgələrdə vasitəçilik təşəbbüsləri, humanitar diplomatiya addımları və çoxtərəfli əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə edir.

Türkiyənin iqtisadi proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkənin makroiqtisadi göstəricilərində müsbət nəticələr verməyə davam edir. TürkStat (TÜİK) məlumatına görə, istehlak qiymətləri indeksi (TÜFE) aylıq 0,87%, istehsalçı qiymətləri indeksi (Yİ-ÜFE) isə 0,84% yüksəlib.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, NATO Baş katibi Mark Rutte ilə Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının çərçivəsində görüşüb. Görüşdə əsasən Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sonlandırılması üçün görülən səylər müzakirə olunub. Hakan Fidan və Mark Rutte, müharibənin daha da uzanmaması üçün beynəlxalq əməkdaşlığın və diplomatik həll yollarının vacibliyini vurğulayıb. Bundan əlavə, Qara Dənizin təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmə gətirilib. Bu çərçivədə regionda sabitliyin təmin edilməsi və NATO-nun bu sahədəki rolunun artırılması müzakirə edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə qarşı tərəfin istəyi əsasında telefon danışığı həyata keçirdi. Görüş zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, Ukrayna-Rusiya münaqişəsi, həm regional, həm də qlobal məsələlər müzakirə olundu. Ərdoğan danışıq zamanı Türkiyə ilə Fransa arasındakı əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğuladı və bu məqsədlə addımların davam etdiriləcəyini bildirdi. O, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülh yolu ilə sona çatması üçün maksimum səylər göstərdiyini qeyd etdi.