Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    "Terrorsuz Türkiyə" prosesi ilə bağlı maarifləndirmə kampaniyasına başlanılacaq

    7 Avqust 2026 09:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Terrorsuz Türkiyə" prosesi ilə bağlı maarifləndirmə kampaniyasına başlanılacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarəetmə Şurasının (MKYK) iclasında "Terrorsuz Türkiyə" prosesi ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması və dezinformasiyanın qarşısının alınması üçün partiya təşkilatlarına tapşırıqlar verib.

    Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərdoğan prosesin vətəndaşlara ətraflı izah edilməsinin vacibliyini vurğulayaraq, yanlış məlumatların yayılmasına imkan verilməməsini istəyib.

    Məlumata əsasən, sentyabr ayından etibarən AK Parti-nin təşkilatları ölkənin 81 vilayətində və bütün rayonlarında geniş maarifləndirmə kampaniyasına başlayacaq. Partiya üzvləri "Terrorsuz Türkiyə" konsepsiyasının milli təhlükəsizlik, ictimai həmrəylik və regional sabitlik baxımından əhəmiyyətini vətəndaşlara izah edəcəklər.

    Bildirilib ki, kampaniya çərçivəsində hazırlanmış qanun layihəsinin ümumi amnistiya nəzərdə tutmadığı, heç bir şəxsə xüsusi status verilmədiyi və ağır cinayətlərin bu tənzimləmənin əhatə dairəsinə daxil edilmədiyi xüsusilə vurğulanacaq.

    Məlumata görə, "Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında" qanun layihəsi qəbul edildikdən sonra təhlükəsizlik qurumları PKK üzvlərinin silahları təhvil verməsi, sığınacaqların boşaldılması və bütün logistika vasitələrinin təslim edilməsi üçün təxminən 1,5–2 aylıq müddət nəzərdə tutur.

    İddia olunur ki, PKK lideri Abdullah Öcalanın yaxın vaxtlarda təşkilat üzvlərinə silahları təhvil vermələri və Türkiyəyə qayıtmaları ilə bağlı çağırış edəcəyi, təşkilatın Kandildəki rəhbərliyinin isə yaxın günlərdə mövqelərin boşaldılması barədə açıqlama verəcəyi gözlənilir.

    Məlumata əsasən, silahların təhvil verilməsi sentyabrın sonunadək başa çatarsa və bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurası (MGK) müvafiq qərar qəbul edərsə, qanunun icrasına oktyabr ayından başlanıla bilər.

    Xəbərdə qeyd olunur ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və digər aidiyyəti qurumlar İraqın mərkəzi hökuməti, İraq Kürd Regional Rəhbərliyi və Suriya ilə silahların hansı məntəqələrdə və necə təhvil veriləcəyinə dair koordinasiya aparır. İraqdakı PKK üzvlərinin Ərbil və Süleymaniyədə yaradılmış xüsusi mərkəzlərdə silahlarını təhvil verməsinin planlaşdırıldığı bildirilir.

    Bundan əlavə, təşkilatın arsenalındakı pilotsuz uçuş aparatları, paramotorlar və peyk rabitə sistemlərinin də səlahiyyətli qurumlara təhvil veriləcəyi qeyd olunur.

    Məlumata görə, qanundan yararlanan şəxslər barəsində cəzanın icrasının təxirə salınması qərarı verilsə də, onlar xüsusi monitorinq mexanizmi vasitəsilə nəzarətdə saxlanılacaq. Yeni cinayət törədilməsi və ya terror fəaliyyəti ilə yenidən əlaqə qurulması halında cəzanın təxirə salınması qərarı ləğv ediləcək və hökm icra olunacaq.

    Təhlükəsizlik mənbələrinin qiymətləndirməsinə görə, PKK-nın yüksək rəhbərliyinə daxil olan təxminən 180–200 nəfər və daha 1 000-ə yaxın təşkilat üzvü bu hüquqi mexanizmdən yararlana bilməyəcək. Buna görə də Murat Karayılan, Cemil Bayık, Duran Kalkan, Fehman Hüseyn (Bahoz Erdal) və Bese Hozat kimi təşkilat rəhbərlərinin bu prosesin əhatə dairəsinə daxil edilməyəcəyi bildirilir.

    Həmçinin qeyd olunur ki, silahların tam təhvil verilməsi barədə Milli Təhlükəsizlik Şurasının qərarı Rəsmi Qəzetdə dərc edildikdən sonra terror təşkilatına üzvlük, terror təşkilatına yardım, terror təbliğatı və terrorun maliyyələşdirilməsi ilə bağlı cinayətlərə görə həbsdə olan şəxslərin işlərinə yenidən baxılacaq. Ağırlaşdırılmış ömürlük həbs cəzası alanlar və qəsdən adam öldürmə cinayətinə görə məhkum edilənlər bu mexanizmdən yararlana bilməyəcəklər. Digər şəxslər üzrə isə qərarlar onların hüquqi vəziyyətinə uyğun olaraq qəbul ediləcək.

    #Abdullah Öcalanın çağırışı #PKK-nın ləğvi prosesi #Terrordan azad Türkiyə prosesi #PKK-nın silahları təhvil verməsi #PKK ilə bağlı yeni mərhələ #Türkiyədə terrorla mübarizə siyasəti #Rəcəb Tayyib Ərdoğan PKK prosesi #AK Parti MKYK iclası #Türkiyə hökumətinin PKK planı #PKK üzvlərinə silahı buraxmaq çağırışı #Kandil rəhbərliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    30 İyul 2026 14:27

    PKK Türkiyədən çıxır

    26 Oktyabr 2025 12:10

    "Terrorsuz Türkiyə" prosesi bu ilin sonuna qədər tamamlanacaq - Bahçeli

    10 Avqust 2025 17:31

    DEM Partiyası nümayəndə heyəti İmralıya səfər edib

    25 İyul 2025 14:40

    Silahların təhvil verilməsi ilə yeni dövr başlayır - Bahçeli

    11 İyul 2025 14:15

    PKK-nın tərksilah mərasimində iştirak edəcək şəxslər açıqlanıb

    11 İyul 2025 11:27

    PKK-nın tərksilah mərhələsi bugün başlayacaq

    11 İyul 2025 10:03

    PKK silahların təhvil veriləcəyi vaxtı açıqlayıb

    9 İyul 2025 12:46

    PKK, Şimali İraqda Silahlarını Təhvil Verməyə Başlayacaq

    3 İyul 2025 17:46

    DEM Partiyası yenidən Öcalan ilə görüşəcək

    21 Aprel 2025 12:00

    Hər Partiya Türk Millətinə Sədaqət Göstərməlidir - Devlet Bahçeli

    2 Aprel 2025 15:30

    PKK-nın tərksilahı İsrailin maraqlarına təhdiddir - İsrail mətbuatı

    5 Mart 2025 16:14
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.