İclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident kompleksində – Beştəpədə keçirilib. İclasın əsas gündəm mövzusu xarici siyasət məsələləridir. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik Nazirlər Kabinetində əsas müzakirə predmeti kimi ön plana çıxır. Məlumata görə, Ankara uzun müddətdir iki ölkə arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə vasitəçilik səyləri göstərir. Bu çərçivədə prezident Ərdoğan daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq tərəfləri gərginliyi azaltmağa çağırıb.
Türkiyə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək. Səfər Ankara ilə Ər-Riyad arasında son illər güclənən siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salman tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
İsrail və ABŞ mediası İrana qarşı mümkün hərbi müdaxilənin Türkiyənin fəal diplomatik vasitəçilik təşəbbüsləri nəticəsində təxirə salındığını yazır. Məlumata görə, Türkiyə ABŞ-ın İrana qarşı mümkün hücumlarının qarşısını almaq üçün diplomatik kanalları aktivləşdirib. Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ Prezidenti Donald Tramp, daha sonra isə İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu intensiv təmaslardan sonra Türkiyənin də daxil olduğu üçtərəfli sammit ideyası gündəmə gəlib.
Türkiyə mediasında dərc olunan materiallarda Robert Kollecinin idarə heyəti üzvü kimi təqdim edilən Tomas C. Landonun 7 noyabr 2014-cü il tarixli məktubla Ceffri Epşteynə müraciət etdiyi iddia olunur. Yazılarda məktubun “Türkiyənin daha mühafizəkar istiqamətdə dəyişməsi” ilə bağlı qiymətləndirmələr ehtiva etdiyi, həmçinin fəaliyyətlərin maliyyələşdirilməsi üçün müxtəlif fondlar və varlı şəxslər barədə fikir mübadiləsinə yer verildiyi qeyd edilir.
Baykar 2025-ci ildə 2,2 milyard ABŞ dolları həcmində ixrac həyata keçirərək dünya üzrə PUA ixrac bazarının lideri olub. Məlumata görə, şirkət ötən il əldə etdiyi ümumi gəlirlərin 88 faizini məhz ixrac fəaliyyəti hesabına təmin edib. Bu göstərici Baykarı yalnız regional deyil, qlobal miqyasda pilotsuz uçuş aparatları istehsalı sahəsində aparıcı şirkətə çevirib.
Türkiyədə istehlakçı hüquqları üzrə müraciətlər 2025-ci ildə rekord həddə çatıb. İstehlakçı Şikayətləri üzrə Komissiyalara edilən müraciətlərin sayı bir ildə 20 faiz artaraq 900 mini keçib. Ancaq artım təkcə sayda deyil — məzmun da xeyli fərqlidir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya A.B.K. adlı mütəşəkkil cinayət qrupunun rəhbərlərindən biri olan Serdar Sertçelikin Macarıstandan Türkiyəyə gətirildiyini açıqlayıb. Qeyd olunub ki, Serdar Sertçelik barəsində cinayət törətmək məqsədilə yaradılmış dəstəyə üzv olmaq, qəsdən adam öldürmə, eləcə də digər cinayətləri gizlətmək və yaxud yaxalanmamaq üçün adam öldürmə maddələri ilə beynəlxalq axtarış “qırmızı bülleten” elan edilmişdi.
Türkiyə ABŞ–İran gərginliyinin artdığı bir mərhələdə diplomatik təşəbbüslərini intensivləşdirir. Prezident Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Ərakçini qəbul edib. Görüşün əsas müzakirə mövzusu ABŞ ilə İran arasında artan gərginlik və regionda yaranmış təhlükəsizlik riskləri olub. Məlumata görə, görüş zamanı tərəflər bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayıb, gərginliyin hərbi üsullarla deyil, dialoq və diplomatiya yolu ilə aradan qaldırılmasının zəruriliyini qeyd ediblər. Türkiyənin ABŞ–İran münasibətlərində vasitəçilik təşəbbüslərinin davam etdiriləcəyi diqqətə çatdırılıb.
Türkiyə və İran xarici işlər nazirləri artan ABŞ–İran gərginliyi fonunda İstanbulda görüş keçiriblər.Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda görüşdən sonra keçirilən birgə mətbuat açıqlamasında İrana qarşı istənilən hərbi müdaxiləyə qarşı olduqlarını bəyan ediblər. Hakan Fidan İranın sabitliyinin həm Türkiyə, həm də region üçün mühüm olduğunu vurğulayaraq münaqişələrin hərbi yolla həllinin mümkün olmadığını, çıxış yolunun danışıqlar masası olduğunu bildirib.
Abdullah Öcalanla aparılan danışıqların stenoqramının dərc olunması və onun Türkiyənin rəhbərliyi ilə “Yaxın Şərq İttifaqı” yaratmaq təklifi, regionun təhlükəsizlik arxitekturasının yenidən qurulmasını necə əks etdirir, subdövlət aktorlarının konfiqurasiyasını necə dəyişir və Ankara, Bakı və regionun əsas dövlətləri üçün yeni strateji dilemma necə formalaşdırır?
Ankara İranla ABŞ arasında artan gərginliyin hərbi toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədilə diplomatik təşəbbüslərini genişləndirir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi Ankaraya səfər edəcək. Səfər çərçivəsində onun türkiyəli həmkarı Hakan Fidanla görüşü planlaşdırılır. Görüşdə İran ətrafında yaranmış vəziyyət, ABŞ-dan səslənən hərbi təhdidlər və gərginliyin diplomatik yollarla aradan qaldırılması imkanları müzakirə olunacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Bəşər Əsədin Moskvada olması yalnız humanitar səbəblərlə bağlıdır və onun Suriyanın daxili siyasi proseslərində heç bir rolu yoxdur.