Türkiyə ilə Səudiyyə Ərəbistanı liderlərinin Ər-Riyadda keçirdiyi təmaslardan sonra iki ölkə 31 maddəlik birgə bəyanat qəbul edib. Sənəddə tərəflər regional gərginliklərin artmasından narahatlıq ifadə edərək, diplomatik əlaqələndirmənin davam etdiriləcəyini bildiriblər. Bəyanatın mühüm hissələrindən biri iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və özəl sektor xətti ilə əməkdaşlığın artırılması ilə bağlıdır.
Türkiyə
ABŞ mediası İranla ABŞ arasında planlaşdırılan danışıqlarla bağlı diqqətçəkən iddia irəli sürüb.ABŞ mətbuatında diplomatik mənbələrə istinadla yayılan xəbərlərdə İranın cümə günü ABŞ-la keçirilməsi nəzərdə tutulan danışıqların İstanbuldan Omana köçürülməsini istədiyi bildirilir. Xəbərlərə görə, İran tərəfi görüşlərin Türkiyədə deyil, başqa məkanda baş tutmasını təklif edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində regional və ikitərəfli məsələlərə dair geniş açıqlamalar verib. Ərdoğan Türkiyənin ABŞ ilə İran arasında artan gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. O qeyd edib ki, bölgədə münaqişə riskini artıracaq addımlardan çəkinmək, dialoq və diplomatiya yolu ilə həll mexanizmlərini gücləndirmək zəruridir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda "Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu" keçirilib. Forumda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bu səfərin tarixi xarakter daşıdığını və imzalanacaq çoxsaylı müqavilələrlə iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi sahədə daha da möhkəmlənəcəyini bildirib.
Türkiyə və Özbəkistan azad və xüsusi iqtisadi zonalarda qarşılıqlı investisiya və texnologiya cəlb edən modellər yaratmağı hədəfləyir. Bu məqsədlə iki ölkə arasında təlim kursları, konfranslar və qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin təşkili planlaşdırılır. Ötən həftə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşlər və Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası mühüm razılaşmalarla yekunlaşıb. Bu çərçivədə Türkiyənin Ticarət Nazirliyi ilə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi arasında azad və xüsusi iqtisadi zonalar sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Türkiyənin ilk reaktiv mühərrikli təyyarəsi olan HÜRJET-in İspaniyaya ixracı ilə beynəlxalq bazarların qapısı açılıb. Hazırda bir neçə ölkə və potensial tərəfdaşla danışıqlar davam etdirilir. HÜRJET İspaniya Hərbi Hava Qüvvələrinin inventarında olan və istismar müddətini başa vuran F-5 (AE.09) təyyarələrini əvəz edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk xarici səfəri çərçivəsində Yaxın Şərq turuna başlayıb. Dövlət başçısı "TUR" təyyarəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb. Səfər çərçivəsində Ərdoğanı Türkiyənin xarici işlər, maliyyə, enerji, müdafiə və digər sahələr üzrə aparıcı nazirlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir. Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcək Ərdoğan fevralın 4-də Misirə yola düşəcək. Qahirədə həmkarı Əbdülfəttah əs-Sisi ilə bir araya gələcək Türkiyə lideri burada Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək. Həmçinin Ərdoğanın Türkiyə-Misir İş Forumunda iştirakı da planlaşdırılır.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi rəsmi açıqlamada MLKP terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar barədə məlumat paylaşıb. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin koordinasiyası ilə Terrorla Mübarizə və Kəşfiyyat şöbə müdirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, silahlı terror təşkilatının mətbuat və gənclər qanadları vasitəsilə fəaliyyət göstərən şəxslər müəyyən edilərək hədəf alınıb.
Birinci Dünya müharibəsindən sonra imzalanan Mondros müqaviləsi Osmanlı hərbi-inzibati sistemini dağılma həddinə gətirdi; hərbi zavodların bağlanması və İstanbulun nəzarətin itirilməsi müdafiə istehsalını faktiki iflic etdi. Bu şəraitdə milli mübarizə yalnız cəbhədə döyüşlə deyil, arxa cəbhədə “nə ilə vuruşacağıq?” sualına cavab tapmaqla da bağlı idi. Silah-sursat, təmir, ehtiyat hissələri və mühəndislik bilikləri olmadan hərbi güc davamlı ola bilmirdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra daxili və xarici siyasətə dair geniş açıqlamalar verib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə gərginliyi alovlandıran bütün qüvvələrin qarşısında qətiyyətlə dayanacağını bildirib. Onun sözlərinə görə, etnik mənsubiyyətindən, məzhəbindən və inancından asılı olmayaraq region xalqları bir-birinə qonşudur və bu coğrafiyada birlikdə yaşamağa davam edəcək:
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.
ABŞ mətbuatında yayılan xəbərlərə əsasən, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof İranın xarici işlər naziri Abbas Araqçi ilə cümə günü İstanbulda görüşəcək. Görüşün ABŞ–İran münasibətlərində son dövrdə artan diplomatik fəallıq fonunda baş tutacağı bildirilir.