Türkiyənin Ədliyyə naziri Akın Gürlek, Qəzzaya humanitar yardım daşıyan "Sumud" donanmasına qarşı İsrail tərəfindən həyata keçirilən hücumla bağlı hazırlanan ittihamnamənin qəbul edildiyini və mühüm bir məhkəmə prosesinin başladığını elan edib. Nazir öz sosial media hesabında paylaşım edərək, bu prosesin beynəlxalq hüquq müstəvisində tarixi bir əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Türkiyə
Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ICAPP Qadın Qolunun 9-cu toplantısında çıxış edərək, qadınların ölkənin siyasi və sosial həyatındakı rolunu yüksək qiymətləndirib. Dövlət başçısı qadınların dəstəyi ilə Türkiyədə tarixi islahatların həyata keçirildiyini vurğulayıb. Yarım əsrə yaxın siyasi fəaliyyəti dövründə qadınlarla çiyin-çiyinə çalışmaqdan qürur duyduğunu bildirən Ərdoğan, AK Partiyanın qazandığı uğurların təməlində qadın qollarının dayandığını qeyd edib. O, partiyanın 25-ci ildönümündə AK Partiya Qadın Qollarını Türkiyənin ən dinamik və ən böyük qadın hərəkatı kimi xarakterizə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Asiya Siyasi Partiyalar Konfransının (ICAPP) Qadın Qolu 9-cu İclasının iştirakçılarını qəbul edib. Görüş Prezidentin Dolmabahçedəki iş ofisində baş tutub. Görüş Prezidentin Dolmabahçedəki iş ofisində baş tutub. Görüşdən əvvəl İstanbulun Bahçelievler səmtindəki otellərdən birində "Qlobal Transformasiya Dövründə Qadın Liderliyi" mövzusunda geniş konfrans keçirilib. Bu əhəmiyyətli toplantıda Asiya ölkələrindən gələn qadın siyasi liderlər, müxtəlif partiyaların təmsilçiləri və beynəlxalq ekspertlər iştirak ediblər. Konfransın yekununda Prezident Ərdoğan iştirakçıları qəbul edərək, qadınların siyasətdə və qlobal qərarların verilməsi prosesindəki rolunun vacibliyini vurğulayıb.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli qəbul edib. Xarici İşlər Nazirliyində baş tutan görüşdə Türkiyə və ŞKTC arasındakı qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi və adadakı son siyasi vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyədə 5G texnologiyasından istifadə edən abunəçilərin sayı sürətlə artaraq 30 milyona yaxınlaşıb. Məlumata əsasən, ölkədə 5G xidmətinin tətbiqindən sonra ilk günlərdə 21 milyon abunəçi bu texnologiyadan istifadə etməyə başlayıb, sonrakı 10 gün ərzində isə daha 8 milyon nəfər sistemə qoşulub.
Türkiyənin ticarət naziri Ömer Bolat, 10 ildir müzakirə edilən və türk yük avtomobili sürücülərinin Səudiyyə Ərəbistanı ilə Körfəz ölkələrinə çıxışını təmin edəcək tranzit viza məsələsinin müsbət nəticələndiyini bəyan edib.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq, 25 milyon 169 min 970 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıraraq, 11 milyon 62 min 530 dollara çatdırıb.
"FlightRadar" portalının naviqasiya məlumatlarına əsasən, İraqın hava məkanının yenidən açılması barədə qərardan bir neçə gün sonra "İraq Hava Yolları"na məxsus ilk təyyarə reysini həyata keçirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb. Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.
Türkiyə Xarici İşlər Nazirliyi Benyamin Netanyahu hökumətinin işğal altındakı İordan çayının qərb sahilində 34 yeni qeyri-qanuni yaşayış məskəni salınmasına razılıq verməsini kəskin şəkildə pisləyib. Nazirlik yaydığı yazılı bəyanatda bu addımın həm beynəlxalq hüququ, həm də BMT-nin müvafiq qətnamələrini ağır şəkildə pozduğunu bildirib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan suriyalı həmkarı Şeybani ilə keçirdiyi ortaq mətbuat konfransında regiondakı son hərbi-siyasi vəziyyəti dəyərləndirib. Nazir Fidan xüsusilə ABŞ və İran arasında əldə olunmuş atəşkəs prosesinə toxunaraq, İsrailin bu prosesi pozma ehtimalı olan "sabotaj həmlələri" barədə beynəlxalq birliyə ciddi xəbərdarlıq edib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albares ilə telefon danışığı aparıb. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, tərəflər regionda sürətlə dəyişən son vəziyyəti və diplomatik prosesləri geniş şəkildə dəyərləndiriblər.