Türkiyə

Türkiyədə terror təşkilatı İŞİD-ə qarşı eyni vaxtda 30 vilayətdə keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 119 şübhəli saxlanılıb. Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyatlar Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin, Respublika Baş Prokurorluqlarının koordinasiyası və vilayət jandarma komandanlıqlarının iştirakı ilə həyata keçirilib.

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldıqdan sonra həbs edilən Alper Çelikin prokurorluğa verdiyi ifadənin detalları məlum olub. İstintaq materiallarına əsasən, Beşiktaş rayonunda notariat kontorunda əməliyyat apararkən saxlanılan Alper Çelik ifadəsində aktiv peşmanlıq (etkin peşmanlıq) müddəasından yararlanmaq istədiyini bildirib.

ABŞ-da fəaliyyət göstərən türkiyəli alim, Massaçusets Texnologiya İnstitutunun (MIT) biologiya professoru, Harvard Tibb Məktəbində bağırsaq biologiyası və patologiyası sahəsində çalışan Prof. Dr. Ömər Yılmaz mərhum atasının vəsiyyətini yerinə yetirərək Türkiyə ilə ABŞ arasında elmi əməkdaşlığın inkişafına töhfə verməyə davam edir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda işçilərin yaşadığı binada baş verən yanğın nəticəsində 4 Türkiyə vətəndaşı həyatını itirib. Yanğın Ər-Riyad şəhərinin Ən-Nəsim rayonunda yerləşən binanın dam mərtəbəsində baş verib. Dam mərtəbəsində yaşayan Türkiyə vətəndaşları alovun bürüdüyü mənzildə köməksiz vəziyyətdə qalıblar.

Türkiyədə saxlanılan müğənni Haluk Leventlə bağlı aparılan istintaq çərçivəsində kriptovalyuta layihələri və maliyyə əməliyyatlarına dair yeni iddialar gündəmə gəlib. İstintaq materiallarına əsasən, "HLK Coin" adlı kriptovalyuta layihəsində baş verən kəskin qiymət enişi nəticəsində çoxsaylı investorların vəsaitlərini itirdiyi iddia olunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfərinin məhsuldar keçdiyini bildirib və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təqdim olunan dövlət nişanına layiq görülməsindən qürur duyduğunu bəyan edib. Nazir göstərilən qonaqpərvərliyə görə, ilk növbədə Ukraynanın xarici işlər naziri Andrii Sybiha olmaqla bütün Ukrayna rəsmilərinə təşəkkür edib.

2026-ci ilin iyul ayında Türkiyənin Antalya Hava Limanında sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 13 milyon 654 min 494 nəfər təşkil edib. Nazirliyin məlumatına görə, hesabat dövründə beynəlxalq reyslər üzrə sərnişin sayı illik müqayisədə 9,4 faiz azalaraq 10 milyon 296 min 77 nəfərə enib. Daxili reyslər üzrə sərnişin daşınması isə 8,6 faiz artaraq 3 milyon 358 min 418 nəfər olub.

2026-ci ilin iyul ayında Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını ötən ilin eyni ayı ilə müqayisədə 7 faiz artaraq 6 milyon 894 min 765 nəfərə çatıb. Nazirliyin məlumatına görə, iyul ayında beynəlxalq reyslər üzrə sərnişin sayı illik müqayisədə 10 faiz artaraq 1 milyon 692 min 709 nəfər, daxili reyslər üzrə isə 7 faiz artaraq 5 milyon 202 min 56 nəfər olub.

2026-ci ilin iyul ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 23 milyon 525 min 494 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin iyul ayında hava limanının beynəlxalq reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 12 milyon 674 min 869 nəfər, daxili reyslər üzrə isə 12 faiz artaraq 10 milyon 850 min 625 nəfər təşkil edib.