Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / ArabCars
    ArabCars

    Türkiyənin yerli istehsalı olan TOGG-un bazar payı açıqlanıb (ÖZƏL)

    26 Aprel 2026 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin yerli istehsalı olan TOGG-un bazar payı açıqlanıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türkiyədə 2026-cı ilin mart ayında 159 min 931 ədəd nəqliyyat vasitəsi qeydiyyata alınıb.

    VOA xəbər verir ki, yeni qeydiyyatlarda avtomobillər və motosikletlər əsas paya sahib olub.

    Məlumata görə, mart ayında qeydiyyata alınan nəqliyyat vasitələrinin 50,2 faizini avtomobillər, 34,8 faizini motosikletlər, 10,1 faizini furqonlar, 1,7 faizini yük maşınları, 1,6 faizini traktorlər, 1 faizini mikroavtobuslar, 0,5 faizini avtobuslar və 0,1 faizini xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.

    Ötən aya nisbətən qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 31,3 faiz artıb. Ən yüksək artım motosikletlərdə 51 faiz, avtomobillərdə 27,2 faiz, traktorlarda 19,3 faiz və mikroavtobuslarda 17,7 faiz qeydə alınıb. Eyni zamanda yük maşınları və xüsusi təyinatlı nəqliyyat vasitələrində azalma müşahidə olunub.

    2025-in mart ayı ilə müqayisədə isə qeydiyyatda 18,3 faiz azalma baş verib. Bu dövrdə ən böyük azalma traktorlarda, xüsusi təyinatlı nəqliyyat vasitələrində və yük maşınlarda qeydə alınıb.

    Mart ayının sonuna olan məlumata əsasən, Türkiyədə qeydiyyatda olan ümumi nəqliyyat vasitələrinin sayı 34 milyon 23 min 986 olub. Bunların 51,8 faizini avtomobillər, 21,2 faizini motosikletlər və 14,6 faizini furqonlar təşkil edir.

    Mart ayında həmçinin 870 min 992 nəqliyyat vasitəsinin mülkiyyət dəyişməsi həyata keçirilib. Bu əməliyyatlarda avtomobillər 68,6 faizlə birinci yerdə qərarlaşıb.

    Avtomobil markaları üzrə mart ayında ən çox qeydiyyat 15,5 faizlə Renault-a məxsus olub. Onu Toyota, Peugeot, Volkswagen, Hyundai və digər markalar izləyib. Yerli istehsal olan TOGG-un payı isə 5,9 faiz təşkil edib.

    Yanvar–mart dövründə isə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 14,4 faiz azalaraq 426 min 342 olub. Eyni dövrdə qeydiyyatdan çıxarılan nəqliyyat vasitələrinin sayı isə 23,1 faiz artıb.

    Mütəxəssislər bildirirlər ki, təqdim olunan rəqəmlər Türkiyə avtomobil bazarında dalğalı tendensiyanı, eyni zamanda elektrik və hibrid avtomobillərin payının artdığını göstərir.

    #avtomobil bazarı #Togg satışları #Elektrikli avtomobillər #Türkiyə nəqliyyat statistikası #motosiklet artımı #trafiq qeydiyyatı #nəqliyyat vasitələrinin strukturu #Türkiyədə 2026 mart avtomobil qeydiyyat rəqəmləri #motosiklet bazarının artım səbəbləri Türkiyə #elektrikli avtomobillərin bazar payı Türkiyə 2026 #TOGG qeydiyyat statistikası mart ayı #Türkiyədə nəqliyyat vasitələrinin illik dəyişimi #avtomobil markalarının satış göstəriciləri Türkiyə #nəqliyyat sektorunda trendlər 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici tələbat BYD-nin satışlarını yüksəldib

    1 Avqust 2026 19:37

    Subarunun 2026 strateji planı: Kəmiyyət yoxsa keyfiyyət?

    5 May 2026 07:34

    Keçən il Türkiyədən Fransadan avtomobil ixracı 5 milyard dolları keçib (ÖZƏL)

    19 Yanvar 2026 11:33

    Keçən il Türkiyədən Özbəkistana avtomobil ixracı 65 milyon dolları keçib (ÖZƏL)

    18 Yanvar 2026 15:00

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    17 Yanvar 2026 14:04

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    10 Dekabr 2025 13:38

    Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

    2 Noyabr 2025 15:00

    Türkiyədən İraqa avtomobil ixracı azalıb (ÖZƏL)

    12 Oktyabr 2025 11:00

    TOGG avtomobillərinə Almaniyada böyük maraq - ixrac sayı minə yaxınlaşacaq

    9 Oktyabr 2025 12:55

    Türkiyədən Özbəkistana avtomobil ixracı azalıb (ÖZƏL)

    17 Sentyabr 2025 10:55

    Togg T10F Türkiyədə satışa təqdim edildi – yüksək texnologiya və uzun məsafə imkanı ilə

    15 Sentyabr 2025 12:31

    TOGG ilk ixracını Almaniyaya edəcək

    15 Sentyabr 2025 11:39
    XƏBƏR LENTİ

    Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib

    Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

    Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

    Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib

    Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır - Hikmət Hacıyev

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Ümummilli Lider Heydər Əliyevin memorial kompleksinin önünə gül dəstələri qoyublar

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb

    Osmanlının ilk konstitusiyası: Dövlət idarəçiliyini dəyişən tarixi qanunlar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.