Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    PUA-larla yanğınla mübarizədə Avropada birinciyik - Ərdoğan

    2 İyun 2025 15:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    PUA-larla yanğınla mübarizədə Avropada birinciyik - Ərdoğan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “Yanğınsöndürmədə PUA-ların istifadəsində Avropada birinci, dünyada ikinciyik.”

    AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Etimesqut Hava Limanında keçirilən “Yaşıl Vətən Qəhrəmanları Növbətçi” proqramında çıxış edərək, meşə yanğınlarına qarşı mübarizə və ekoloji tədbirlər sahəsində ölkənin gördüyü işlər barədə danışıb.

    Ərdoğan bildirib ki, Türkiyə meşə ərazilərinin qorunması və genişləndirilməsi istiqamətində böyük uğurlar əldə edib. “Son 23 ildə meşə fondumuzu 23,4 milyon hektara çatdırdıq. Ölkə ərazisinin 30 faizini meşələrlə əhatə etmişik. 2025-ci ilin sonunadək yanğın nəticəsində zərər görmüş ərazilər mütləq bərpa olunacaq” - deyə o qeyd edib.

    Prezident çıxışında yanğınla mübarizədə texnologiyanın əhəmiyyətini də vurğulayıb. “Yanğınsöndürmədə pilotsuz uçuş aparatlarından istifadəyə görə Avropada birinci, dünyada ikinciyik. Hazırda 105 helikopter və PUA vasitəsilə operativ müdaxilə təmin edirik” - deyə o bildirib.

    Ərdoğan həmçinin qeyd edib ki, meşə yanğınlarının qarşısının alınmasında 130 mindən çox könüllü iştirak edir və ölkə bu sahədə texniki imkanlarını davamlı şəkildə artırır.

    “Zəlzələ və yanğın kimi həyati əhəmiyyətli məsələlərə daha çox vəsait ayrılmalıdır. Reklam, konsert və digər tədbirlərə ayrılan xərclərin bu kimi kritik sahələri üstələməsi yolverilməzdir. Büdcə vəsaitləri xalqın xeyrinə və səmərəli şəkildə istifadə edilməlidir”- deyə bələdiyyələrin büdcə prioritetlərinə də toxunan dövlət başçısı əlavə edib.

    Qeyd edək ki, Türkiyədə 2024-cü il son 145 ilin ən isti ili kimi qeydə alınıb və 2025-ci ilin daha da isti keçəcəyi proqnozlaşdırılır.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #yanğın #PUA #Türkiyədə yanğın təhlükəsizliyi #Meşə yanğınlarına qarşı tədbirlər #PUA ilə meşə nəzarəti Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    1 Sentyabr 2026 14:03

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.