Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə 19 May bayramını coşqu ilə qeyd edir

    19 May 2025 12:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə 19 May bayramını coşqu ilə qeyd edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı Türkiyənin bütün bölgələrində böyük coşqu ilə qeyd olunur.

    AzerVoice xəbər verir ki, bayram münasibətilə dövlət rəsmiləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilib.

    Ankarada təşkil olunan rəsmi mərasimdə Gənclik və İdman naziri Osman Aşkın Bak, 81 əyalətdən gələn gənc nümayəndələr, milli idmançılar və müşayiətçi heyətlə birlikdə Anıtkabirə ziyarət edib.

    Nazir Atatürkün məzarı önünə əklil qoyub, daha sonra İstiqlal Marşı səsləndirilib və bir dəqiqəlik sükutla Ulu Öndər yad edilib.

    “106 il əvvəl Samsunda yandırılan İstiqlal məşəli bu gün Türkiyədə birlik, əmin-amanlıq və ümid şəklində yaşayır. Gənclərimiz elm, sənət, idman və texnologiya sahələrində ölkəmizi daha da irəli aparmaq əzmindədir. Türkiyənin gücü onun gəncliyidir və bu güc ‘Türkiyə Əsri’ vizyonunun daşıyıcısıdır. Əmanətiniz etibarlı əllərdədir”- deyə Nazir Osman Aşkın Bak, Misak-ı Milli Qülləsində Anıtkabir Xüsusi Qeyd Defterini imzalayaraq yazıb.

    Bayram çərçivəsində İstanbulun Taksim Cümhuriyyət Abidəsi önündə də anım mərasimi təşkil olunub.

    Abidə önünə əklil qoyulub və İstiqlal Marşının səsləndirilməsi ilə tədbir davam edib. Ardınca siyasi partiyaların və vətəndaş cəmiyyətlərinin nümayəndələri də abidəyə əklil təqdim ediblər.

    19 May bayramı münasibətilə ölkə üzrə məktəblərdə, meydanlarda və idman komplekslərində tədbirlər davam edir. Bayram gününün gəncliyə həsr olunması, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün gənclərə verdiyi önəmi bir daha ortaya qoyur.

    #Türkiyə #İstanbul #Ankara #19 May Atatürkü Anma #Anıtkabir #Türkiyə İstiqlal Marşı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.