NATO Zirvəsi çərçivəsində Türkiyəyə gələn nümayəndə heyəti Anıtkabiri ziyarət edib. Heyətə Lüksemburqun NATO yanında daimi nümayəndəsi Stefan Frederik Müller rəhbərlik edib. Nümayəndələr Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Anıtkabirin Xatirə Kitabına xüsusi qeyd yazılıb. Qeyddə Atatürkün "Yurdda sülh, dünyada sülh" prinsipinin NATO-nun dəyərləri ilə uzlaşdığı vurğulanıb. Nümayəndə heyəti Türkiyəyə səfər etməkdən məmnun olduqlarını da ifadə edib. Ziyarət NATO Zirvəsi öncəsi keçirilən rəsmi proqramın tərkib hissəsi olub. Tədbir yüksək səviyyəli nümayəndələrin iştirakı ilə baş tutub.
#Anıtkabir
Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir. Ərdoğan bu sözləri, Anıtkabırda yerləşən “Özel Defter”- ə yazıb. Türkiyə Cümhuriyyətinin qurucusu, Böyük Öndər Mustafa Kamal Atatürk, vəfatının 87-ci ildönümündə Anıtkabirdə keçirilən dövlət mərasimi ilə anılıb. Anıtkabirdəki mərasim dövlət rəsmilərinin “Aslanlı Yol”dan yürüşü ilə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şura toplantısından əvvəl Anıtkabiri ziyarət edərək, Türkiyənin bölgəsində strateji gücə çevriləcəyini vurğulayıb. O, “Yenidən formalaşan qlobal sistemdə Türkiyəni qütb dövləti etmək uğrunda mübarizəmiz qurulan tələlərə, daxildən və xaricdən edilən hücumlara baxmayaraq davam edir” - deyə bildirib.
Türkiyənin Ulu Öndəri Qazi Mustafa Kamal Atatürkün əbədi məzarı olan Anıtkabir 2024-cü ildə rekord sayda insan tərəfindən ziyarət olunub.
AzerVoice xəbər verir ki, Ərdoğan mərasimdə, Türkiyənin suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü vurğulayaraq, "Bir əsr əvvəl olduğu kimi bölgəmizdə sərhədlər qan və gözyaşı ilə çəkilir. Bu çətinliklər qarşısında, vətənimizin sağ qalması və millətimizin təhlükəsizliyi üçün hər cür tədbiri görürük," deyib.