Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə XİN İsrail nazirinin Məscidül-Əqsa açıqlamasına sərt reaksiya verib

    28 Avqust 2024 14:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə XİN İsrail nazirinin Məscidül-Əqsa açıqlamasına sərt reaksiya verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsa ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

    AzerVoice xəbər verir ki, nazirlik açıqlamasında bildirib ki, “İsrailin müqəddəs yerlərin statusunu dəyişdirmək cəhdləri son dərəcə təhlükəlidir” .

    Nazirlikdən o da bildirilib ki, bu bəyanatlar, həmçinin müqəddəs məkan olan Məscidül-Əqsanı hədəf alan təxribatlar müsəlmanların gərginliyinə və hiddətinə səbəb olur.

    “İsrail hökumətinin Fələstin xalqına qarşı davam edən hücumları regional və qlobal sabitliyə hər gün daha çox təhlükə yaradır. Beynəlxalq ictimaiyyətin İsrail təcavüzünü dayandırmaq və Fələstin xalqını müdafiə etmək üçün hərəkətə keçməsinin vaxtı çatıb”-deyə nazirlikdən edilən açıqlamada bildirilib.

    Xatırladaq ki, İsrail Ordusu Radiosuna müsahibə verən Ben-Qvir, mövcud siyasətin Məscidül-Əqsada “yəhudilərə ibadət etmələrinə icazə verdiyini” iddia etmişdi. Həmçinin o müsahibə zamanı "Əl-Əqsa məscidində sinaqoq tikərdinizmi?" sualına “bəli” deyə cavab vermişdi.

    Qeyd edək ki, Ben-Qvirin müsahibəsindən sonra yazılı açıqlama verən İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi Məscidül-Əqsadakı status-kvonun dəyişmədiyini bildirib.

    Ben-Qvirin açıqlamalarına ölkə liderlərindən və beynəlxalq təşkilatlardan reaksiyalar gəlməkdə davam edir.

    Türkiyə XİN İsrail nazirinin Məscidül-Əqsa açıqlamasına sərt reaksiya verib
    #İsrail #Türkiyə XİN #Məscidül-Əqsa #İtamar Ben-Qvirin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26
    XƏBƏR LENTİ

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.