Bakı,AzerVoice:
Avropa İttifaqı (Aİ) suriyalı qaçqınlara və onların Türkiyədə yaşayan icmalarına dəstək üçün bir milyard avro vəd edib.
AzerVoice xəbər verir ki, bu barədə Avropa Komissiyasının “Suriya və regionun gələcəyinə dəstək” 8-ci beynəlxalq konfransının yekunları üzrə verilən yazılı bəyanatında deyilir.
Bəyanatda həmçinin qeyd olunub ki, Aİ 2024 və 2025-ci illər üçün 2,12 milyard avro ayırmağı planlaşdırır..
“Bu yardım həm Suriya daxilində, həm də qonşu ölkələrdəki suriyalılara, eləcə də Türkiyə, Livan, İordaniya və İraqda yaşayan suriyalılara dəstək olmaq məqsədi daşıyacaq”, - deyə bəyanatda qeyd olunub.